Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:26

Səfir: «Xəzərin mühafizəsində Azərbaycana kömək etməyə hazırıq»


Metyu Brayza
Metyu Brayza
«Azərbaycan artıq bilir ki, öz milli resurslarını necə qorumalıdır. Lakin hər zaman gözlənilmədən hansısa bir problem yarana bilər. Bizim bu sahədə təcrübəmiz var və təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik».

Bunu iyunun 11-də jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) deyib.

Səfir qeyd edib ki, ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələsinə başlayır:

«Amerika Azərbaycana Xəzərdə yerləşən enerji infrastrukturunu ən yaxşı formada qorumaq üçün düşünməkdə kömək edir».

«İran və Rusiya «Transxəzər» qaz kəmərinin çəkilişinin əleyhinədir. Bu ölkələrdən təhlükələr olarsa, Amerika Azərbaycana hansı köməyi göstərə bilər» sualına cavabında Brayza deyib ki, bu, bir qədər hipotetik sualdır:

«Bu həftə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib ki, Azərbaycan və Türkmənistan müstəqil, suveren ölkələrdir. Biz onların suverenliyinə və müstəqilliyinə çox böyük hörmətlə yanaşırıq. Bu ölkələr öz enerji infrastrukturunu necə qorumaq və enerji resurslarının hansı istiqamətdə nəqli barədə özləri qərar verməlidir».
XS
SM
MD
LG