Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:04

Prezidentlər Kazanda bəzi razılaşma əldə etsələr də sənəd imzalaya bilməyiblər


BAZA PRİNSİPLƏRİ İMZALANMADI

Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündə bəzi məsələlərdə anlaşma əldə edilib, amma hər hansı sənəd imzalanmayıb. Görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayıblar.

Sənəddə prezidentlər qeyd edirlər ki, “əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”. Onlar baza prinsiplərin razılaşdırılması üçün aparılan işin gedişini nəzərdən keçiriblər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sargsyan danışıqlara vasitəçilik edən ATƏT-in Mİnsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransaya “Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxlamalarına” görə təşəkkür ediblər. Əliyev və Sargsyan Rusiya prezidenti Medvedevin danışıqların baş tutması və razılığın əldə ediləsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.

Rusiya prezidenti Dmitriy Medvedev, Ermənistan prezidenti Serj Sargsyan və Azərbaycan prezidenti İlham Əliyevin birgə görüşü 3 saata yaxın davam edib.
Görüşdən öncə digər həmsədr ölkələrin - ABŞ və Fransanın liderləri də tərəfləri münaqişənin həllinə dair baza prinsiplərini imzalamağa çağırmışdılar.

Kazandakı görüşü işıqlandırmağa gələn yerli jurnalistləri cıdıra aparıblar

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirilən görüşünü işıqlandırmağa gələn yerli jurnalistləri Kremldən uzaqlaşdırıblar. AzadlıqRadiosunun müxbiri Bikə Timerovanın verdiyi məlumata görə, prezidentlər Prezident sarayına gələndən və görüş başlandıqdan bir qədər sonra bütün yerli jurnalistləri avtobusla ippodroma aparıblar. Azərbaycan, Ermənistan, Rusiya prezidentləri üçtərəfli görüşdən sonra cıdır meydanına gəlib prezident kuboku at yarışlarını izləməlidirlər.

İlkin proqrama görə, prezidentlərin Bakı vaxtıyla saat 21.00-da cıdıra gəlməsi nəzərdə tutulub.

İlham Əliyev, Serj Sarkisyan və Dmitriy Medvedevin danışıqları hazırda Kazandakı Kreml kompleksində davam edir.


Danışıqlar başladı

Rusiya Prezidenti Dmitriy Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Kazan danışıqları başlanıb.

İTAR-Tass-ın məlumatına görə Dmitriy Medvedev tərəflər görüş sotulna oturarkən deyib ki, “Yaxın oturun, nəticə əldə eləmək üçün bir-birinə yaxın olmaq lazımdır”.

Görüşdə Xarici İşlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Sergey Prixodko da iştirak edir.

Rusiya prezidenti Dmitriy Medvedev Azərbaycan və Ermənistan prezidentlərini qarşılayır

Prezidentlər görüş yerinə gəldi

Rusiya prezidenti Dmitriy Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və
Ermənistan prezidenti Serj Sargsyan üçtərəfli görüşün keçiriləcəyi Kazandakı Kreml sarayına gəliblər.

ATƏT-in Minsk Qrupunun həmsdərləri öncədən görüşün keçirləcəyi Qubernator sarayının qarşısındaydılar.

Prezidetnlərin görüşü Bakı vaxtıyla saat 6-da başlanır.

Prezidetnlərin görüşü Bakı vaxtıyla 18.00-da başlanacaq

AzadlıqRadiosunun Kazandakı müxbiri Bikə Timerovanın verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri və başqa rəsmilər Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi Kazandakı Kreml kompleksinin Qubernator sarayına gəliblər. Prezidentlər isə hələ görünməyib.

Görüşdən öncə Azərbaycan və Ermənistan prezidentlərinin Kreml kompleksinə baxış keçirməsi nəzərdə tutulsa da, jurnalistlərə elan edilib ki, bu gəzinti görüşdən sonraya təxirə salınıb.

Əvvəlcə İlham Əliyev və Serj Sargsyanın Rusiya prezidenti Dmitriy Medvedevin iştirakıyla keçiriləcək görüşünün saat 5-də başlanacağı elan edilsə də, indi görüşün 6-da (Bakı vaxtıyla) başlanacağı bildirilir.

Hazırda Kazanda güclü yağış ağır.

Nicola Sarkozy Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərib
Fransa prezidenti Nicolas Sarkozy (solda) Parisdə ermənistanlı həmkarı Serz Sarksianla görüşür, 10 mart 2010

Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin iyunun 24-ü Kazanda keçiriləcək görüşü ərəfəsində Fransa prezidenti Nicola Sarkozy Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərib.
Ermənistan prezidenti mətbuat xidmətinin məlumata görə, Nicola Sarkozy Qarabağ münaqişəsinin həlli üzrə prinsiplərin təsdiq olunması anının çatdığını bildirib.
“Tarixdə elə anlar olur ki, dövlət başçıları öz xalqlarına cəsarət, müdriklik və sülh yolu nümayiş etdirməlidir” . Sarkozy bildirib ki, həmin an gəlib.
Fransa prezidenti məktubunda yazıb ki, “istənilən halda mən və Ermənistanı özünə bacı hesab edən Fransa sizə bu həlledici görüşdə səmimi arzularımızı göndəririk. Mənim ölkəm bu yolda sizi müdafiə edəcək”.

Ermənistan prezidenti Kazanda

Ermənistan prezidenti Kazanda, 24 iyun 2011
Prezident Serj Sarkisyanın başçılıq elədiyi Ermənistan nümayəndə heyəti Kazana gəlib. Havalimanında qonaqları Tatarstan prezidenti Rustam Minnixanov, Baş nazir İldar Malikov və Dövlət Şurasının sədri Farid Muhxametshin qarşılayıblar.

Sargsyan Kazanda yerli vaxtla saat 16.00-da Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitriy Medvedevlə Qarabağla bağlı danışıqlarda iştirak edəcək.

Daha öncə Ermənistan prezidenti Kazandakı Kreml sarayını gəzəcək, axşam isə keçiriləcək at yarışlarına baxacaq.

Ermənistan prezidenti də Kazana gedir

Ermənistan prezidenti Serj Sarkisyan Kazana yerli vaxtla saat 14.30-a gələcək. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə Kreml sarayında görüşü yerli vaxtla saat 16-da başlamalıdır.

Saat 20.00-da (Bakı vaxtıyla 21.00) Azərbaycan, Ermənistan və Rusiya prezidentləri ippodromda at yarışlarını izləyəcək. Prezidentlərin yarışdan öncə və sonra da açıqlamalr verəcəyi gözlənilir.

İlham Əliyev Kazanın sənaye obyektlərini gəzir

Kazanda olan Azэrbaycan prezidenti Ilham Əliyev Tatarstan prezidenti Rustam Minnixanov ilə birgə bir sıra sənaye və idman obyektlərinə baxıb.

Prezident İlham Əliyevin rəhbərlik elədiyi nümayəndə heyəti Kazan vertolyot zavodu, Universiada Şəhərçiyi və İT (İnformasiya Texnologiyaları) parkını gəzib.

Kazan Vertolyot zavodunda İlham Əliyev ən son model vertolyotlarla tanış olub, həmçinin qaz yanacağıyla çalışan “KAMAZ” markalı yük maşınları və avtobuslar da nümayiş etdirilib.

Universiada Şəhərçiyində İlham Əliyev Tatarstanın 2013-cü ildə keçiriləcək Universitet oyunları və 2018-ci ilin Futbol üzrə Dünya Çempionatına hazırlıqla

İlham Əliyev metan qazıyla işləyən Kamaz avtobuslarıyla tanış olur

maraqlanıb.

“İT-park”da İlham Əliyevə Tatarıstan Respublikasının vahid sənəd dövriyyəsi sistemini nümayişi təşkil edilib.


Tatarıstandakı azərbaycanlılar və ermənilər birgə yaşamaqda problem görmürlər

Ermənistan və Azərbaycan prezidentilərinin Kazandakı görüşündən öncə AzadlıqRadiosu Tatarıstandakı azərbaycanlı və erməni icmalarının danışıqlar prosesi ilə bağlı fikrini öyrənib.

Tatarıstandakı Azərbaycanlı icmasının rəhbəri Ziyafət Qasımov:
“Münasibətimiz normaldır. İnşallah prezidentlərimiz problemi həll edərlər. Erməni xalqı ilə bizim problemimiz qalmadı. Bu siyasi məsələni prezidenrlər həll edəcək. Biz burda ermənilərlə normal münasibətlərdəyik. Elə qonşu ofisdə ermənilər oturur, görüşürük, salamlaşırıq".

Erməni icmasının rəhbəri Mixail Xaçaturyan:
“Biz hələ özümüzün hansısa məslələrimizi qəti şəkildə həll eləmək üçün yetişməmişik. Buna vaxt lazımdır. Amma əgər kiminsə hansısa problemi varsa, qoy getsin, orada (Qafqazda) məsələsni həll eləsin. Biz burda Rusiya vətəndaşlarıyıq və birgə yaşayırıq. Çünki burda bizim bölüşəcəyimiz bir şey yoxdur, sadəcə Tatarstanın, Rusiyanın rifahı üçün çalışmaqdan başqa məramımız yoxdur".

Prezident İlham Əliyev Kazandadır

Azərbaycan prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gedib.

Bunlara da nəzər salın
İlham Əliyevi Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli geyimli qızlar Prezident İlham Əliyevə duz-çörək təqdim etdilər.


ABŞ prezidenti Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib

İyunun 23-də ABŞ prezidenti Barak Obama (Barack Obama) Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon söhbətində ABŞ prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həlledici addımın atılmasının önəmli olduğunu bildirib.

O, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.

Ağ Evin yaydığı məlumata görə, ABŞ Prezidenti Barak Obama hər iki ölkə prezientini Kazan görüşündə Baza prinsiplərini yekunlaşdırmağa və imzalamağa çağırıb. Prezident deyib ki, baza prinsipləri razılaşdırılandan sonra tərəflər münaqişəni Helsinki prinsiplərinə uyğun – güc yolundan istifadə eləməmə və ya hədələməmə, ərazi bütövlüyü və bərabər hüquqlar və xalqların öz müqəddaratını təyinetmə hüququndan istifadəsinə əsaslanan yekun sazişi müzakirə edə bilər.

Prezidetn Obama bildirib ki, indi Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yaşayanlar özləri v uşaqları üçün daha yaxşı gələcək təmin etmə vaxtıdır. ABŞ Minsk Qrupu ölkələrinin regionda sülhün bərpası çalışmalarını bərpa etmək üçün səylərini bundan sonra dəstəkləməkdə davam edəcək.
Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
ABŞ prezidenti Barack Obama (Arxiv şəkil)
OBAMA SARKİSYANLA DA DANIŞIB

ABŞ prezidenti Barak Obamanın Ermənistanın dövlət başçısı Serj Sarkisyanla telefon söhbəti olub. Obama Ermənistan, Rusiya və Azərbaycanın dövlət başçıları arasında gözlənilən üçtərəfli görüşə mühüm əhəmiyyət verdiyini bildirib. O, Kazanda irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.

S. Sarkisyan bildirib ki, həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri münaqişənin dinc və ədalətli həllinə çalışırlar. Onun fikrincə, Azərbaycan tərəfi Kazanda konstruktiv yanaşma nümayiş etdirsə, müsbət nəticələr gözləməyə dəyər.

Ermənistan prezidenti «Euronews» telekanalının da Qarabağ mövzusunda suallarını cavablandırıb. Sarkisyan bildirib ki, dünya ictimaiyyəti tərəflərdən cavab istəyir:

«Onlar anlamaq istəyirlər ki, maraqlı tərəflər əsas prinsiplərə əsaslanan həll yolunu axtarmağa hazırdırlarmı? Onlar bizə deyirlər «nəhayət ki, «hə», ya da «yox» deyin, bundan artıq ləngitməyin». Ümid edirik ki, cavab Kazan görüşündə veriləcək».

HƏMÇİNİN OXUYUN:
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
lham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG