Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:39

Qarabağ danışıqlarından məcburi köçkünlər nə gözləyir?


Bakıda Səttarxan zavodunun yataqxanasından yeni evlərə köçürülən köçkün ailəsinin əşyaları, 3 dekabr 2009
Bakıda Səttarxan zavodunun yataqxanasından yeni evlərə köçürülən köçkün ailəsinin əşyaları, 3 dekabr 2009
İyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Kazanda Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyi bir vaxtda biz paytaxt Bakının Dərnəgül qəsəbəsindəki yataqxanalarda məskunlaşan məcburi köçkünlərlə söhbətləşib onların bu görüşdən nə gözlədiyini öyrənməyə çalışdıq.

İlk həmsöhbətimiz - Füzulidən olan məcburi köçkün Kamal Həsənova görə, bu münaqişəni Rusiya yaratdığından o inanmır ki, bu ölkə tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına razı olsun. 18 ildən bəri davam edən danışıqların indiyə qədər müsbət nəticə vermədiyini deyən həmsöhbətimin deməsinə görə, sadəcə tərəfləri öz təsiri altında saxlamaq üçün Rusiya danışıqlarda vasitəçiliyi əldən vermək istəmir:

«Qarabağın açarı Rusiyanın əlindədir. Görüş də indi Rusiyada keçirilir, amma ümid yoxdur ki, sülh sazişi imzalansın. Belə danışıqlar indiyə qədər çox olub, bu baş aldatmaq, vaxt uzatmaqdır. Rusiya Ermənistana desə ki, iki saat ərzində öz qoşunlarını Qarabağdan çıxar, gör çıxarır, ya yox».

Kərim Həsənov Dağlıq Qarabağ danışıqlarında Rusiyanın səmimiliyinə inanmır. Deyir ki, bu ölkə bir tərəfdən münaqişənin həlli olunmasının tərəfdarı kimi çıxış edir, o biri tərəfdən də Ermənistana külli miqdarda silah-sursat satır.

Elə bu səbəbdən digər məcburi köçkün Kamal Həsənov da düşünür ki, torpaqların işğaldan nə vaxt azad olunacağını Rusiya prezidenti bilir:

«Onu Rusiyanın prezidenti bilər».

Məcburi köçkünlər

«ÜÇ PREZİDENT RAZILAŞSA, BİZ DƏ 20 İLLİK ƏZAB-ƏZİYYƏTDƏN QURTULARIQ»

Ağdam rayonundan olan məcburi köçkün Solmaz Zeynalova indiyə qədər keçirilən görüşlərin onların köçkünlük həyatına müsbət təsir etmədiyini desə də prezidentlərin bu dəfəki görüşünə ümidlə yanaşır. Deyir üç prezident razılaşsa, onlar da 20 illik əzab-əziyyətdən azad olarlar.

«20 ildir burda hər şeyə inamımızı itirmişik, amma inşallah alınar, biz qayıdarıq öz torpaqlarımıza».

«SÜLHƏ OLAN İNAMIM 50- 50-DİR»


Füzuli rayonu işğal olunanda 7 aylıq çağa olan İsmayıl Novruzovun doğulduğu rayon haqqında heç bir xatirəsi yoxdur. Deyir bu barədə nə bilirsə, hamısını valideynlərindən, kitablardan və internetdən oxuyub. Hazırda Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyan İsmayıl deyir ki, bu dəfəki danışıqlarda sülh sazişi imzalanma ehtimalı 50-nin 50-yədir.

TƏKİ SÜLH OLSUN

Füzuli qaçqını təxminən 55 yaşlı Ülkər Həsənova isə yaxın vaxtlarda sülh sazişinin imzalanacağına çox ümidlidir. Deyir təki sülh olsun:

«Hamımızın arzusu odur ki, tezliklə torpaqlarımıza qayıdaq. Hökumətin bizə ev tikməyini də istəmirik. Necə ki vaxtı ilə tikdiklərimizi qoyub qaçqın düşmüşük, qayıdıb yenə də öz gücümüzə özümüzə ev-eşik tikərik».

HƏMÇİNİN OXUYUN:

ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
İlham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG