Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:52

Bloomberg agentliyinin fotomüxbiri Bakı aeroportunda saxlanıb


Fotomüxbir Diana Markosyan
Fotomüxbir Diana Markosyan

Bloomberg agentliyinin fotomüxbiri Diana Markosyan iyunun 28-də Bakı aeroportunda saxlanıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Markosyanla əlaqə saxlayıb. Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, Markosyan Bakıya iyunun 28-ə keçən gecə gəlib, ancaq hava limanından şəhərə buraxılmayıb: «Markosyan Amerika və Rusiya vətəndaşıdır. Bakıya Rusiya pasportu ilə gəlib. Sənədləri qaydasındadır».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə AzadlıqRadiosuna deyib ki, Markosyanın akkreditasiyası yoxdur:

- O sənədlərini göndərib, özünü təqdim edib. Həm Bloombergin rəhbərliyinə, həm Diananın özünə bildirilib ki, onun bura səfəri mümkün olmayacaq, bu akreditasiya alınmayacaq. Ona görə ki, burada onun təhlükəsizliyinin təmin edilməsi məsələsində problemlər yarana bilər. Onun ayrı bir jurnalistlə əvəz olunması təklif olunmuşdu.

Diana Markosyan AzadlıqRadiosuna bildirib ki, aeroportda ona axşam saat 20.00-də İstanbula deportasiya ediləcəyini bildiriblər.

Diana Markosyanın çəkdiyi fotolar The New York Times, Boston Globe, Wall Street Journal, The Washington Post kimi qəzetlərdə çap edilib.

18 aprel 2011-ci ildə ifadə azadlığı ilə bağlı sənədli film hazırlamaq məqsədi ilə Azərbaycanda olan isveçli jurnalistlər (Charlie Laprevote, My Rohwedder Street, Charlotta Wijkström) Bakıda saxlanılaraq deportasiya edilmişdilər.
XS
SM
MD
LG