Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:31

Vaqif Bayatlı Odər. Başsız atlılar nağılı


Çay yuxarı, çay aşağı
başsız atlıları aldada-aldada
aparır ay işığı.
Tanrının əli çiynində
nə baş alıb gedirsən, divanə könlüm?!

Yerin, yurdun, suyun tanımadığı
Başsız atlılar gəzir dünyanı,
Ayaqüatə yatır atlar
Başsız atlıların yuxusunu,
tikanlar, kollar didir yaxasını.

Bir budaq üstündə
bir başsız atlını itkin qardaştək
tanıdı bir cüt bacı göyərçin
- İtkin qardaş, səni sevənlər
bir də sevməyəcək bu dünyada.
- Ağ göyərçinlər uçur havana,
qardaş,
Tanrının əli çiynində baş alıb gəlirsən divanə
qardaş?

- Gəlirəm bir bulağa
qara göz olmağa,
qara daş olmağa.
bir cüt ağ göyərçinə
qardaş olmağa.
XS
SM
MD
LG