Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Vaqif Bayatlı Odər. Bu dünyada


Qara-qara quşlara,
yazıq-yoluq quşlara
dəymə, dəymə -
xoş getməz göy üzünə.
Sədəf-sədəf, düymə-düymə
balıqlara dəymə, dəymə -
xoş getməz dənizinə.


Qarğşdan, bəd sözdən,
pis üzdən, paxıl gözdən,
göy üzündən, dənizdən
anam sovur uşaqları,
qovur, qovur uşaqları

Göylərə qalxan deyiləm,
dənizə baxan deyiləm,
ağaca çıxan deyiləm –
anam qoruyur məni,
qovur, qovur uşaqları.

Tut dibi qarışqadı,
ac daşıyır toxuna.
Tox daşıyır acına –
tapdayarsan keçərsən
Xoş getməz tut ağacına,
anam qoruyur məni
qovur, qovur uşaqları.

Tut dibi qarışqadı,
ölüm hər qarışdadı,
nə biləsən ki, anam,
bu dünyada gülən başqa,
ağlayanlar başqadı.

Anam, mən xalıq deyiləm,
dəryada balıq deyiləm
sizlərə layiq deyiləm -
qoy oynasın uşaqlar
XS
SM
MD
LG