Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:35

Belarusda siyasi gərginlik artır


Belarusda keçirilən etiraz aksiyası
Belarusda keçirilən etiraz aksiyası
MİNSKDƏ ETİRAZ AKSİYASI OLUB

ABŞ dövlət katibi Hillary Clintonun bu gün Litvaya səfərində Belarusda artan siyasi-iqtisadi gərginlik əsas müzakirə mövzusu olacaq. Bundan bir gün əvvəl isə Minskdə Lukashenko rejiminə və artan iqtisadi böhrana etiraz olaraq aksiya keçirilib. Həmin aksiyada 150 nəfər saxlanılıb.

İnternet vasitəsi ilə təşkil olunmuş aksiyada heç bir çıxış olmayıb, şüarlar səsləndirilməyib. Təxminən 1000 nəfər əl çalaraq küçədə yürüş edib. Kənardankı maşınlar isə siqnal verərək onlara dəstək bildirib.

Küçə boyu kardon yaradan polis etirazçıların yürüşünün qarşısını kəsib, onları yaxınlıqdakı avtobuslara mindirb. Buna oxşar daha kiçik aksiyalar ölkənin digər şəhərlərində də keçirilib. Polis həmin aksiyaları da dağıdıb.

Təşkilatçılar bu cür aksiyaları hər çərçənbə günü keçirməyi planlaşdırır. Artıq beşinci həftədir ki, belə aksiya keçirilir.

Bazar günü isə Belarusun müstəqillik günü ilə bağlı daha böyük aksiyanın keçirilməsi gözlənilir.

İQTİSADİ VƏ SİYASİ BÖHRAN

Belarusda siyasi gərginlik iqtisadi böhranın güclənməsi ilə daha da artıb. Bu ölkədə milli valyuta davamlı olaraq dəyərini itirir. Adamlar pullarını qorumaq üçün onu xarici valyutaya dəyişir. Valyuta dəyişmə məntəqələrinin, ərzaq mağazalarının qarşısında növbələr yaranır.

Mülki geyimli şəxslər aksiyanı dağıdıblar
AzadlıqRadiosunun müxbiri Jamie Kirchick Minskdə olub. Sonunci aksiyada iştirak edib. O deyir ki, etirazçıların çoxu cəmiyyətin siyasi cəhətdən fəal təbəqəsinin üzvləri olub. Adi vətəndaşlar isə aksiyaya qoşulmayıblar:

«Orada ola bilsin 1000-dən bir az adam vardı. Küçə ilə gedən və aksiyaya kənardan baxan, ancaq aksiyaya qoşulmayan çoxlu adam vardı. Bununla belə bir çox sürücülər siqnal verməklə dəstəklərini bildirirdilər. Lakin bu da yarım saat çəkdi. Bundan sonra onlar da öz işlərinin dalınca getdilər».

43 MİLYON DOLLARLIQ BORC

Qonşu Rusiya iyunun 29-da Belarusa verdiyi elektrik enerjisi təchizatını dayandırıb. Səbəb mart, aprel, may ayına görə 43 milyon dollarlıq borcun ödənməməsidir. Rusiya elektrik enerjisinin idarəsi sözçüsü jurnalistlərə deyib ki, elektrik enerjisi bu gün bərpa olunacaq.

Hillari Klinton
İyunun 29-da Qazpromun nəzarətində olan NTV telekanalında isə Belarusda keçirilmiş etiraz aksiyası ilə bağlı süjet göstərilib:

«Minks küçələrinə çıxanlar müxalifət fəlları deyil. Onalr adi vətəndaşlardır. Onlar şüar qışqırmır, ya da hansısa siyasi tələblər irəli sürmürlər. Adamlar artıq belə yaşaya bilmədiklərinə görə etiraz edirlər».

Qonşu Litvada isə Clinton bu gün Demokratiya İcması adlı təşkilatda çıxış edəcək. Bu, hökumət rəsmiləri ilə vətəndaş cəmiyyəti fəallarını bir araya gətirən bir təşkilatdır. Təşkilatın məqsədi bütün dünyada demokratiya dəyərlərini gücləndirməkdir.

Dövlət katibinin köməkçisi Michael Posner ötən həftə Vaşinqtonda demişdi ki, Belarusdakı vəziyyət Clintonun gündəliyinin əsaas mövzusu olacaq. Klinton Avropa ölkələrini Minskə təzyiqi artırmağa inandırmağa çalışacaq.
XS
SM
MD
LG