Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:35

“Harry Potter”in plagiat olduğunu sübut edə bilmədilər


İngiltərənin Apelyasiya Məhkəməsi qərara gəlib ki, “Harry Potter”in plagiatda suçlandırılan müəllifi Coan Roulinqə qarşı iddiaya baxmağı dayandırsın.

Buna səbəb iddiaçıların – mərhum yazıçı Edrian Ceykobsun varislərinin məhkəmə xərclərini ödəyə biləcəkləri haqda sənədi hakimə təqdim edə bilməməsidir.

Sənədin təqdim edilməsi haqda vəsatəti Roulinqin vəkilləri qaldırmışdı.

İyulun 15-də Apelyasiya Məhkəməsi tələb edib ki, iddiaçılar işi uduzduqları təqdirdə məhkəmə xərclərini ödəmək üçün lazımi maliyyə vəsaitinə (2.28 milyon dollar) sahib olduqlarını təsdiqləyən sənədləri təqdim etsinlər.

İddiaçı tərəf yalnız 1 milyon dollardan bir az artıq pul toplaya bilib.

Edrian Ceykobsun varisləri iddia edirlər ki, C.Roulinq onu milyarder edən “Harri Potter” kitablarından birinin süjetini Ceykobsun 1987-ci ildə çap edilmiş “Sehrbaz


“Bizim Londondakı işimiz təxirə düşdü, çünki biz bu məbləği tapa bilmədik. Amma bizim sübutlarımız var və eyni iddia Roulinqə qarşı Avstraliyada, yaxud digər ölkələrdə qaldırıla bilər”.
Villinin məcaraları” kitabından oğurlayıb.

Onlar Roulinq və onun naşiri “Bloomsbury”dən 1 milyard dollar kompensasiya tələb edirdilər.

Söhbət sayca dördüncü olan kitabdan - “Harry Potter and Goblet of Fire” kitabından gedir.

Roulinq hələ 2004-cü ildə məhkəməyə verilib, amma nə İngiltərədə, nə də ABŞ-da Ceykobsonun qohumlarına işi udmaq nəsib olmayıb.

Ceykobsun varislərinin Avstraliyadakı nümayəndəsi Maks Markson iddianın yenidən – başqa bir ölkədə qaldırıla biləcəyini istisna etməyib.

“Bizim Londondakı işimiz təxirə düşdü, çünki biz bu məbləği tapa bilmədik. Amma bizim sübutlarımız var və eyni iddia Roulinqə qarşı Avstraliyada, yaxud digər ölkələrdə qaldırıla bilər”.

Markson deyir ki, məhkəmə iddiası varislərə 1 milyon dollara başa gəlib. Onun sözlərinə görə, varislər indi müxtəlif televiziya şouları ilə bağlı seçim etmək üçün götür-qoy edirlər:

“Nəzəri cəhətdən, əgər biz müqavilə əldə etsək, deməli, gələcək məhkəmə xərcləri
Joanne Rowling

üçün potensial maliyyə vəsaiti tapıla bilər”.

Ceykobsun varisləri əvvəlcə xanım Roulinqi ABŞ-da məhkəməyə vermişdilər, amma bu ilin əvvəlində məhkəmə iddiaçının xeyrinə bitməyib.

Hakim bildirib ki, iki əsərin konsepsiyası və yaratdığı ovqat arasında elə böyük fərq var ki, onlar arasında ciddi müqayisələr aparmaq müşkül işdir.

Ceykobs 1997-ci ildə vəfat edib. Onun 36 səhifədən ibarət “Sehrbaz Villinin məcaraları. Birinci Hissə” kitabı 1987-ci ildə kiçik tirajla çıxıb. Roulinqin “Harry Potter and Goblet of Fire” kitabı isə 2000-ci ildə işıq üzü görüb. Roulinqin sözlərinə görə, Ceykobsun əsərindən yalnız 2004-cü ildə, plagiatlıq ittihamı ilə məhkəməyə verilən zaman xəbər tutub.

Həmçinin oxu
"Harry Potter" kino tarixində rekord vurdu
“Harri Potter”in müəllifi intihar haqda düşünür
XS
SM
MD
LG