Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:49

Amnesty İnternational C.Savalanlının müdafiəsi üçün kampaniyaya başlayıb


Amnesty İnternational təşkilatı gənc fəal, AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlının həbsiylə bağlı Azərbaycan prezidenti İlham Əliyevə online müraciət yerləşdirib.

Təşkilatın rəsmi saytında qoyulan müraciətdə Azərbaycan prezidentindən Cabbar Savalanlının dərhal azadlığa buraxılması tələb olunur:

“Amnesty İnternational təşkilatı Cabbar Savalanlını vicdan məhbusu sayır və hesab edir ki, o yalnız fikrini azad ifadə etdiyinə görə həbs olunub”.

Təşkilat qanunsuz narkotik maddə saxlamaqla bağlı Cabbar Savalanlıya qarşı irəli sürülmüş ittihamı qondarma hesab edir və istintaq zamanı yol verilmiş nöqsanlarla bağlı təcili hərtərəfli araşdırma aparmağa çağırır.

Amnesty İnternational-ın bu müraciəti online-dır və hər kəs ona qoşulmaqla sənədi prezidentə göndərə bilər.

Təşkilat həmçinin polisin Cabbar Savalanlının vəkili Anar Qasımova hədə-qorxu gəlməsindən narahatlıq bildirir və bununla bağlı da hərtərəfli araşdırma aparmağa çağırır.

AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlı bu il mayın 4-də narkotik maddə saxlama ittihamıyla 2 il yarım azadlıqdan məhrum edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsin onun siyasi fəaliyyətilə bağlı olduğunu deyirlər.
XS
SM
MD
LG