Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:46

Abdulla Gül ölkədə hakimiyyət boşluğu olmadığını deyir


Türkiyə prezidenti Abdulla Gül bir neçə yüksək rütbəli hərbçinin istefasına görə ölkə rəhbərliyində böhran yaranmasıyla bağlı fikirləri rədd edib.

Abdulla Gül bildirib ki, baş verənləri misilsiz hadisə adlandırmaq olar və ölkədə hər hansı hakimiyyət boşluğundan söhbət getmir.

Türkiyə silahlı qüvvələrinin rəhbəri İşık Koşanər, habelə hərbi dəniz, hava və quru qoşunlarının baş komandanları onlarla generalın hökumət əleyhinə sövdələşmə ittihamıyla həbsinə etiraz olaraq cümə günü istefa veriblər.

Çoxları hesab edir ki, Ərdoğan bununla ənənəvi olaraq ölkədə güclü olan hərbçilərinin mövqeini zəiflətməyə cəhd göstərir.
XS
SM
MD
LG