Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:04

Tbilisi separatçıları silahla yox, demokratiya ilə yenmək istəyir


Rus qoşunları Gürcüstanda. 19 avqust 2008
Rus qoşunları Gürcüstanda. 19 avqust 2008
Rusiya və Gürcüstan arasında 5 günlük müharibədən 3 il keçir.

İki ölkə arasında atəşkəs elan edilsə də, diplomatik əlaqələr dalana dirənib və heç bir danışıq getmir.

Kreml Gürcüstanın iki separatçı regionu – Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Moskva bu mövqeyindən geri çəkilmək niyyətində də deyil.

Gürcüstan isə Rusiyanın separatçı bölgələri dövlət kimi tanımaq qərarını qanunsuz sayır. Rusiyanın baş naziri Vladimir Putin isə hətta bu yaxınlarda deyib ki, Cənubi Osetiya gələcəkdə Rusiyaya birləşə bilər.

Rusiya həmin regionlara atəşkəs razılaşmasını pozaraq minlərlə əlavə qoşun hissələri yerləşdirib. Kreml orada biznesin əsas sahələri ələ keçirməkdədir. Bu yaxınlarda isə Rusiya prezidenti həmin separatçı bölgələrlə gömrük birliyinin yaradılması haqqında qanun layihəsini parlamentə göndərib.

“MƏQSƏD GÜRCÜSTANIN MODERNLƏMƏSİNİ DAYANDIRMAQ İDİ”

Tbilisidəki İlya Dövlət Universitetinin professoru Giqa Zadaniya deyir ki, Rusiyanın Gürcüstana hücumunun məqsədi sadəcə iki separatçı bölgəni nəzarətə almaq deyildi:

“Rusiyanın məqsədi ümumilikdə Gürcüstanın demokratikləşməsi, modernləşməsi prosesini dayandırmaq idi. 2003-cü ildən bəri Gürcüstan moderləşmə yolu ilə gedirdi və Rusiyanın məqsədi bunun qarşısını almaq idi”.

Amma Zadaniya deyir ki, 5 günlük müharibə həm də Gürcüstanda separatçı regionlar probleminin qısa müddətdə həll edilməsi ilə bağlı təhlükəli müzakirələrə son qoydu:

“Artıq siyasətçilər həmin problemləri qısa zamanda həll edə biləcəkləri ilə bağlı seçicilərinə vəd vermirlər. Bilirlər ki, bu çox mürəkkəb problemdir. Həmçinin müharibə və Qərbin buna reaksiyası Gürcüstanda insanlarda əminlik yaratdı ki, onların ölkələrinin Qərbə sürətlə inteqrasiya olunacağı, tezliklə NATO-ya üzv olacağı asan məsələ deyil”.

Gürcüstan prezidenti Rusiya ilə müharibədə ölən gürcü əsgərlərinin qəbrini ziyarət edir. Tbilisi. 8 avqust 2011
İndi Gürcüstan liderləri daha çox demokratikləşmə prosesinə diqqət ayırırlar. Belə bir ideya var ki, separatçı regionlarda gələcəkdə - tam demokratik ölkə olan Gürcüstanın bir hissəsinə çevrilmək istəyi yarana bilər.

Buna “strateji dözümlülük” siyasəti deyirlər. Amerikanın da Gürcüstanın bu siyasətinə dəstək verdiyi deyilir.

AMERİKALI EKSPERT ŞÜBHƏ EDİR

Amma New York-dakı Kolumbiya Universitetinin eksperti Lincoln Mitchell bu siyasətin bəhrə verəcəyinə şübhə ilə yanaşır:

“Amerikanın Gürcüstanla bağlı “strateji dözümlülük” siyasəti qəribə görünür.

Bu daha çox fantaziya və təbliğata əsaslanır. Hətta bu siyasət özünü doğrultsa belə, bu, tezliklə baş verməyəcək. Gürcüstanın tam demokratik dövlət olması mərhələsinə ən azı 10-20 il var”.

Amma Lincoln Mitchell-in şübhələrinə baxmayaraq Gürcüstanda bir çox siyasətçilər separatçı regionlarla bağlı məsələnin uzaq perspektivdə həllinə inanırlar.

2008-ci ildəki müharibə zamanı Gürcüstanın BMT-dəki səfiri olmuş, sonra isə müxalifətə keçmiş İrakli Alazania da bu fikirdədir.

Onun qənaətincə, ölkə sürətlə demokratikləşməli, qanunverici baza modernləşdirilməli, iqtisadiyyat tam azad olmalıdır.

Alazanianın fikrincə, bu baxımdan 2013-cü ilin prezident seçkiləri mühüm rola malik
Irakli Alazania

olacaq.

Bir çoxları inanır ki, 2013-cü ildə namizədliyini 3-cü dəfə irəli sürmək hüququ olmayan hazırkı dövlət başçısı Mixeil Saakaşvili baş nazirin səlahiyyətlərini artıraraq hakimiyyətdə qalmağa cəhd edə bilər.

Alazania hesab edir ki, bu, Rusiyada avtoritar lider Vladimir Putinin hakimiyyətdə qalmaq üçün etdiyi manevrlərə bənzəyəcək və Gürcüstan demokratiyasına zərbə olacaq.

O deyir ki, Saakaşvili bu yolla getməməli və axır 25 ildə ilk dəfə olaraq ölkədə hakimiyyətin seçki yolu ilə dəyişməsinə imkan yaratmalıdır.
XS
SM
MD
LG