Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:49

Müxalifət fəalları həmkarlarının məhkəməsində çöldə qaldılar


2 aprel aksiyası
2 aprel aksiyası
Avqustun 9-da Nəsimi rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında həbs olunmuş 4 nəfərin izi üzrə məhkəmə prosesi başlayıb.

Müttəhimlər Elnur Məcidli, Ülvi Quliyev, Rüfət HacıbəyliƏhəd Məmmədlidir.

Məhkəmədə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də iştirak edir. İctimai Palatanın başqa üzvləri və eləcə də jurnalistlər məhkəmə zalına buraxılmayıblar.

Buna görə də məhkəmənin qarşısında qalmaqal düşüb. Polis məhkəmə zalı kiçik olduğu üçün 16 nəfəri buraxacaqlarını deyib.

Nəsimi rayon Polis İdarəsinin rəis müavini Nemət Süleymanov deyib ki, məhkəmə zalına buraxılmayanlar sakitliyə əməl etməsələr, onları ərazidən uzaqlaşdıracaqlar.

Vəkillər daha öncəki iclasda daha böyük zal ayrılması üçün hakimə müraciət etmişdilər. Amma bu tələb təmin edilməyib.

Hazırda məhkəmə davam edir.

Müsavat başqanı İsa Qəmbər məhkəmə zalında qəfəsə salınmış məhbuslarla bağlı hakimə müraciət edib:

«Misir prezidenti Hüsnü Mübarəkin qəfəsi bizim məhbusların qəfəsindən qat-qat böyük idi. Xahiş edirəm bunu nəzərə alın».

ZƏRƏRÇƏKMİŞ PROSESİ YARIMÇIQ TƏRK EDİB

Nəsimi rayon məhkəməsində 2 aprel mitinqinin iştirakçılarından 4 nəfərin məhkəmə prosesində bir saatlıq fasilə elan olunub.

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna deyir ki, məhkəmədə əlavə şahidlərin çağırılması və bəzi sübutların siyahıdan çıxarılması ilə bağlı vəsatətlər qaldırılıb. Hakim vəsatətlərə baxmaq üçün fasilə elan edib.

Vəkil deyir ki, zərərçəkmişlərdən iki hüquqi şəxsin nümayəndəsi prosesə qatılmayıb. Bir zərərçəkmişin – Daxili İşlər Nazirliyinin «Avtoyolnəqliyyat» İdarəsinin nümayəndəsi isə prosesi yarımçıq tərk edib:

«O, bununla bağlı izahat vermədi. Vəkillər hakimin nəzərinə çatdırdılar ki, özünü zərərçəkmiş elan edib sonra da prosesi yarımçıq tərk etmək qanunun tələblərinə ziddir».

Prosesdə iştirak edən Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlama veriblər.

İsa Qəmbərin qənaətincə, prosesin özü də sübut edir ki, bu, qurama işdir:

«Təqsirləndirilənlər günahsızdır və nə vaxtsa hakimiyyət onları buraxmaq məcburiyyətində qalacaq».

Əli Kərimli deyib ki, məhkəmə sifarişlidir və hökm də sifarişlə olacaq. Amma buna baxmayaraq, mübarizə davam edəcək.

Elnur Məcidli, Ülvi Quliyev, Rüfət HacıbəyliƏhəd Məmmədli Cinayət Məcəlləsinin 233 və 315.1 maddəsi ilə ittiham olunurlar.
XS
SM
MD
LG