Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:03

Ədəbi müsabiqə başlanır


Tatarstan -- An inkpot with a quill pen, undated
Tatarstan -- An inkpot with a quill pen, undated
2011-ci il məşhur polyak şairi Çeslav Miloşun (1911-2004) İli elan edildiyindən Polşanın Bakıdakı səfirliyi Azərbaycan Yazıçılar Brliyi ilə birlikdə “Polşa haqqında hekayətlər” mövzusunda ədəbi (hekayə/esse və şeir) müsabiqə elan edir.

Müsabiqə iştirakçıların minimal yaş həddi 17 yaşdır.

Müsabiqəyə bir bütöv və bitkin əsəri təşkil edən hekayələr və digər qısa yazılar (maksimal 5 səh., A 4 formatı, 12-lik Times New Roman şrifti, sətirarası interval 1,5 olmaqla), həmçinin şeirlər göndərilə bilər (maksimal 3 səh., A 4 formatı, 12-lik Times New Roman şrifti, sətirarası interval 1,5 olmaqla). İri həcmli əsərlərin hissələri və fraqmentləri, eləcə də mövzuya uyğun olmayan əsərlər baxılmayacaq.

Müsabiqəyə yalnız Azərbaycan dilində olan əsərlər təqdim edilə bilər.

Əsərlər Polşa Respublikasının Bakıdakı səfirliyinə - Bakı, Kiçik Qala 2, AZ-1000 ünvanına, 2011-ci ilin oktyabr ayının 15-ə qədər göndərilməlidir. İşlərin verilməsi tarixi kimi onların səfirliyə daxil olması tarixi götürülür.

İşlər 3 çap olunmuş nüsxədə, eyni zamanda CD formatında təqdim olunmalıdır. Hər s

İşlər Polşanın Bakıdakı səfirliyi və Azərbaycan Yazıçılar Brliyinın birgə yaratdığı komissiya tərəfindən qiymətləndiriləcək.
əhifədə müəllifin təxəllüsü ilə göstərilməlidir. İştirakçı haqqında məlumatlar (S.A.A., yaşı, telefonu, elektron adresi, şəxsiyyət vəsiqəsinin surəti) üzərində şərti ad qeyd olunmuş ayrı ağzı bağlı zərfdə, işlərə əlavə kimi təqdim olunmalıdır.

Şərti ad qeyd olunmamış işlər baxılmayacaqdır.

Hər bir iştirakçı yalnız bir mətn (proza və ya poeziya nümunəsi) təqdim edə bilər.

Müsabiqəyə təqdim olunmuş işlərə müsabiqə iştirakçısının imzaladığı bu məzmunlu deklarasiya əlavə olunmalıdır: mənim şəxsim haqqında olan məlumatların müsabiqəyə lazım olacağı təqdirdə, müsabiqə ilə bağlı mümkün reklam və marketinq işlərində müxtəlif uyğun formatlarda, habelə mətbu və elektron formalarda KİV-da çap üçün istifadəsinə razılıq verirəm.

1-dən artıq müəllifi olan işlər nəzər alınmayacaq.

İşlər PR Bakıdakı səfirliyi və AR Yazıçılar Brliyinın birgə yaratdığı komissiya tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin sonunda I,II,III yerlər üçün mükafatlar veriləcək. Habelə fərqləndirmə diplomlarının verilməsi, yaxud I,II,III mükafatların verilməməsi qərarı da mümkündür.

Müsabiqədə I yeri tutacaq müəllif Polşaya səfərlə mükafatlandırılacaqdır.

Czeslaw Milosz

Maddi mükafatlandırmadan başqa I,II,III yerləri tutmuş ədərlərin nüfuzlu nəşrlərdən birində nəşr etmək, habelə www.baku.polemb.net. saytında yerləşdirmək nəzərdə tutulub.

Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır və müsabiqə bitdikdən sonra komissiya üzvlərinin iştirakıyla məhv ediləcəkdir.

Müsabiqənin təşkilatçıları müsabiqəyə təqdim olunmuş və yer tutmuş əsərləri müəlliflərinə heç bir maddi əvəz ödəmədən nəşr etmək və KİV-də sitat etmək hüququna malikdirlər . Müsabiqəyə iş təqdim eləmək həmin mətnin müsabiqə təşkilatçıları tərəfindən yeri və zamanı gəldikcə istifadə etməsındə məhdudiyyətin olmaması və buna müəlliflərin razılığı anlamına gəlir.

Müsabiqənin qalibləri nəticə haqqında telefonla və ya emaillə məlumatlandıracaqlar. Qaliblərin siyahısı internet saytında dərc ediləcək və açıqlanacaq.

Konkurs təşkilatçıları qaydalarda dəyişiklik eləmək hüququnu özlərində saxlayır.

Ətraflı informasiya üçün xanım Yoanna Senkeviçə müraciət eləmək olar. Tel: 4910114; (Joanna.sekiewicz@msz.gov.pl).
XS
SM
MD
LG