Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:22

Leyla Yunusun ofisinin dağıntıları qarşısında aksiya


Əlçalma aksiyası
Əlçalma aksiyası
Avqustun 22-də bir qrup vətəndaş cəmiyyəti fəalı Sülh və Demokratiya İnstitutunun dağıdılmış ofisi qarşısında aksiya keçiriblər.

Aksiyaya ərazidə yaşayan sakinlərdən də qoşulan olub.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hakimiyyətə ünvanlanan müraciəti oxuyub.

Müraciətdə tələb olunur ki, insanların mülkiyyət hüququnun pozulmasına son qoyulsun, evləri sökülən zaman vətəndaşlara dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilsin, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsinə göstəriş verənlərlə onu həyata keçirənlər cinayət məsuliyyətinə
Azad İsazadə sənədləri yığır
cəlb edilsinlər.

Aksiya zamanı çıxış edən hüquq müdafiəçiləri bildiriblər ki, son iki ildə paytaxtın mərkəzində 400-ə yaxın çoxmənzilli ev sökülüb, 20 mindən çox insan mülkindən məhrum olub.

Asiya iştirakçıları həm də Sülh və Demokratiya İnstitutunun ofisi uçurularkən dağıntılar altında qalan sənədlərin bir qismini toplaya biliblər.

İştirakçılar aksiyanın sonunda söküntü işləri aparanlara etiraz olaraq onları bir neçə dəqiqə əl çalmaqla alqışlayıblar.
XS
SM
MD
LG