Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:44

ATƏT və Avropa Birliyi 2 aprel aksiyaçılarının məhkum olunmasından narahatdır


ATƏT
ATƏT
ATƏT-in Bakı Ofisi siyasi fəallar Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrafilovSahib Kərimovun məhkum olunmasından narahatlıq ifadə edib.

Bəyanatda deyilir ki, ATƏT-in Bakı Ofisi bu məhkəmə işini müşahidə edib və prosesin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb.

Qurum bu işə Apelyasiya Məhkəməsində hərtərəfli baxılacağına ümid edir.

Bundan başqa, məhkəmə islahatları və toplaşma azadlığının tam həyata keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.

Bəyanatda adıçəkilən siyasi fəallar 2 aprel aksiyasında təqsirli bilinərək 1.5 ildən 3 ilə qədər azadlıqdan məhrum ediliblər.

Daha 8 nəfərin məhkəmə prosesi isə hələ davam edir.

AVROPA BİRLİYİ TƏƏSSÜFÜNÜ BİLDİRİR

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi 2 aprel aksiyasında iştirak etmiş 6 nəfər haqqında çıxarılan məhkəmə hökmündən təəssüfünü bildirib.

Avropa Birliyi məhkəməni ədalətli, şəffaf və sübutlara əsaslanan apelyasiya prosesini təmin etməyə çağırır:

«Avropa Birliyi nümayəndəliyi ölkədə baş verən hadisələri yaxından müşahidə etməyə və hesabatlar verməyə davam edəcək. Demokratiya və qanunun aliliyi kimi sahələrdə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinin həyata keçirilməsində ölkəyə yardımında sadiq qalacaq».

Norveç Krallığının Azərbaycandakı səfirliyi də bu bəyanatı dəstəkləyib.
XS
SM
MD
LG