Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:04

Musa Yaqub "Sual" (Poema)


Akademik Ibrahim Quliyev üçün

1940 - cı illər. Bolşevik qəzəbinə düçar olmuş Səid həkim də Sibirdə sürgün həyatı keçirir. Adəti üzrə, bu gün də köhnə radiosunu qurdalayır, lap uzaq ellərdən muğamat konsertini tutur. Muğam səsləndikcə Səid həkim kövrəlir, ağlayır. Yenə 5 yaşlı oğlu Ibrahim atasının üstünə atılır:
- Ata! Niyə ağlayırsan? Heç olmasa bu dəfə de, bu radio nə deyir, niyə ağlayırsan, niyə? Niyə?
Səid həkim uışağın bu sualından yaman qorxurdu...


- Belə sual vermə, bala,
Cavabım yox bu suala,
İndi başqa məqamdayam;
Bu məqamı nə biləsən,
Hardan gəlir bu səs, səda,
necə deyim,
Sən muğamı nə biləsən.
Zəmbuxara haray salır,
Sinəm yanır yerbəyerdən
-Yox, yanında ağlamaram,
Ah çəkmərəm, kəpənəyim,
Qanadların yanar birdən.
О gün nədi, bu gün nədi,
nə biləsən,
Necə deyim sürgün nədi,
nə biləsən,
Sibir dərdi tamam başqa
biçimdədir.
Üsyanlarım, əzablarım içimdədir;
Yox, yanında ağlamaram.
Gözüm nuru, başım tacı,







Bu, göz yaşım deyil axı,
Bu, Sibirin şaxtasıdır.
Kipriyimdə buza dönüb
Buz əriyir damcı - damcı.
Bu, göz yaşım deyil, bala,
Gilə - gilə
Köz üstünə düşən yağdı,
Yağ içində su cızdağdı,
Sən cızdağı nə biləsən.
Damğalanan ömrümüzdə
Qara dağı nə biləsən...

Dayan görüm! Gözüm nuru, Məni görmə, о yana bax
- Gör nələrdən verir soraq
Bu "Humayun"!
Sən eşitmə, sən dinləmə,
Belə dərdə çatmaz boyun. Zülmə düçar olmuşların Könlünə dərd dolmuşların, Sındırılmış insanların -Yarpaqları solmuşların Fəryadıdır bu haraylar
-Heç bilmərsən kimi tapar,
kimi haylar...

Yox, sənə yox, öz - özümlə Ürəyimdə danışıram.
Neçin belə olsun, axı...
Gül vaxtımız solsun, axı?.. Allahımız bizə də xoş
xəbər yazdı,
Alnımıza günəş yazdı,
Xəzər yazdı,
Şirvan yazdı,
Bir ilahi məkan yazdı.
Alnımızın yazısını,
Pozanların cəzasını
kim verəcək?!
Kim gətirdi bu qəzanı
başımıza?
Qəddarların qəzasını,
Qansızların qisasını
kim verəcək?!.
Biz günahsız insanları
Çevirdilər güllələnmiş
boz hədəfə;
Axı, mən də möhlət alıb
Yaşamağa haqq gəlmişəm

Bu dünyaya bircə dəfə
-De, bəs mənim taleyimi,
Baxtımı kim qaytaracaq?!
Yaşamağa möhlətimi.
Vaxtımı kim qaytaracaq?
"Sibirdə, Maqadandayam...
...Bayır şaxta,
Yorğan - döşək olub taxta,
Vay - vay, mənim acı taleyim"!
Sən bu məhbus mahnısını –
Bu harayı, bu hüzünü nə biləsən,
Sən taleyin
tərs üzünü, dərd üzünü
nə biləsən
Mən bir quzey ağacıyam.
Təbiətin sərt üzünü
nə biləsən...

Biz də ağaclar kimiyik,
Görürsənmi
Bu qınlmış ormanları...
Axıdırlar, sürüdürlər
Çay yuxarı insanları,
Çay aşağı şalbanları.
Bir - birini
Sıxa - sıxa, yıxa - yıxa
Daşdan - daşa, sudan – suya
Bir - birinin
Qabığını soya - soya
Axıdırlar
Çay aşağı şalbanları,
Çay yuxarı insanları.
Biz də ağaclar kimiyik;
Baltalanan, rəndələnən,
Budaq - budaq sındırılan
Üryan qalmış ağaclarıq...
Vaqonlarda, "barak"larda,
ayaqlarda,
Zülümlərdə, ölümlərdə,
Sürüdüblər, axıdıblar
Çay yuxan insanları
Çay aşağı şalbanları.
Yox, sənə yox, danışmıram.
Sən cavanı, sən qocanı
nə biləsən.
Sürgünlərdə çıxan canı
nə biləsən.

Gözüm nuru,
Bu dəfə də görmə məni
-Eh, nə deyim bəs sənə mən;
Bir yandan da bu "Heyratı"
boğur məni,
Lap çıxarır hövsələdən
-A "Heyratım", çıxma zilə,
О zirvəyə qalxma belə.
Hara, hara səsləyirsən,
О zirvəyə yolum yoxdu.
Cəsarətim mənim deyil,
Qılınc vuran qolum yoxdu,
О zirvədən düş aşağa,
A "Heyratım", düş aşağa!
Sən Allah, ağlatma məni,
Mən nə deyim bu uşağa?!

Qanımı qaynatma görüm, Ruhumu oynatma görüm, Düş aşağa,
A "Heyratım", düş aşağa, Sən Allah ağlatma məni, Mən nə deyim bu uşağa?!

Sibir dərdi, sürgün dərdi Tamam başqa biçimdədir, Üsyanlarım içimdədir. Cismimlə can arasında Səsim yoxdu, dilim qalıb. Çəkic - zindan arasında, İxtiyara rəvacım yox,
Həkim Səid, nə yanarsan


Bu dərdlərə dərmanım var,
əlacım yox...
A "Heyratım", düş aşağa,
Sən Allah, ağlatma məni,
Mən nə deyim bu uşağa?!


Cavabımı sən ver bu gün;
Ay İbrahim müəllim, sən
Dünya görmüş bir müdriksən.
Sən də bu gün
Yavaş - yavaş düş aşağa,
Get atanın məzarını
ziyarət et.
Təsəlli ver, bir söhbət et
- О da baxıb qulaq versin
Saç - saqqallı bir "uşağa".
Həm də bax gör
Qəbristanda nə var, nə yox,
Son ünvanda nə var, nə yox.
Muğamatlı, "Heyratıh"
Xəzərə bax.
Bu havada
Atanın da ruhu oyaq,
О məzarla danış bir az.
Dövrümüzün işlərinə
qarış bir az...
De ki, hələ bu dünyanın
güllələnmiş.
Düşüb haqsız ölənlərin
Bəlkə, milyon başdaşı var.
Başdaşında göz yaşı var.

De ki, hələ daha iti
Baltası var, rəndəsi var
bu dünyanın.
Azadlığa qənim çıxan
hakimləri.
Sındırılmış bəndəsi var
bu dünyanın.
Suallar bitməyib hələ,
De ki, biz də bu həyatın
Ağır sual - cavabında
yaşayırıq.
Günahında, əzabında,
Harınların hesablanmış
Hesabında yaşayırıq.
De, ədalət hakiminə
Sifarişlər gedir hələ.
Mənafelər oyununda
Pünhan işlər gedir hələ.
Alnımızın yazısında
Düzəlişlər gedir hələ.
"Davam edir otuz yeddi,
Daha möhkəm, daha ciddi".
Taleyin tərs yazısını
Nə pozasan, nə siləsən?
Qəbir dünya, Sibir dünya,
səbr dünya
Hardan gəlir, hara gedir -
nə biləsən,
nə biləsən...

Payız. 2008. Buynuz
XS
SM
MD
LG