Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:28

Azərbaycanda dini etiqad azadlığının pisləşdiyi bildirlir


Arxiv fotosu
Arxiv fotosu
Azərbaycan Konstitusiyası dini etiqad azadlığına təminat versə də, digər qanunlar və qaydalar bu azadlığı məhdudlaşdırır və reallıqda hökumət bu qadağaları daha da artırır.

ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı “Dini etiqad azadlığı” ilə bağlı 2010-cu ilin Iyul - Dekabr aylarını əhatə edən yarımillik hesabatında belə deyilir.


BƏZİ DİNİ İCMALAR TƏQİB OLUNUR

Hesabata görə, Azərbaycandakı əksər dini qruplar hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərə bilir. Ancaq, bəzi dini təriqətlər dövlət tərəfindən daim nəzarətdə saxlanır və reydlərə məruz qalır, dini ədəbiyyatları müsadirə olunurş Bəzi müsəlman və xristian təriqətlərin nümayəndələri həbs edilir, təzyiqə məruz qalır.

Azərbaycanda qeydiyyat məsələsi də bəzi azsaylı dini icmalar üçün ciddi əngəl olaraq qalır.


HİCABLA BAĞLI VƏZİYYƏT PİSLƏŞİR

Hesabat dövründə dini etiqad azadlığı məsələsində vəziyyət yaxşılaşmayıb, əksinə, bəzi sahələrdə pisləşib. Məsələn, orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağa və dini fəaliyyətlə bağlı cərimələrin artırılması kimi.

Azərbaycan cəmiyyətində də dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalma halları haqda məlumatlar var.
XS
SM
MD
LG