Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:48

Dövlət büdcəsi 30% artacaq


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi və makroiqtisadi proqnozlar tərtib olunarkən neftin baza qiyməti 1 barel üçün 80 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Bu barədə «APA»ya hökumətdəki mənbələrdən məlumat verilib.

Gələn il üçün dövlət büdcəsi xərclərinin 2011-ci ilə nisbətən təqribən 30% artacağı gözlənilir. Dövlət Neft Fondundan transfertlərin həcminin də 2011-ci ildəkindən az olmayacağı bildirilir.

Maliyyə Nazirliyi 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Artıq sentyabrın 21-də Nazirlər Kabinetində büdcə layihəsinin müzakirəsi keçiriləcək.

2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 554 milyon manat, xərcləri isə 15 milyard 941 milyon manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.

Sentyabrın 15-də dünya bazarında Azərbaycan neftinin qiyməti 119.56 dollar təşkil edib.
XS
SM
MD
LG