Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:20

Bakıdan Təbrizə təyyarə reysi niyə baş tutmadı?


Bakı beynəlxalq aeroportu
Bakı beynəlxalq aeroportu
Hava limanına tələsərək gəldik ki, 14.30-da Bakıdan Təbrizə uçacaq insanlarla söhbət edək. Bu reysin varlığından mediada elan da getmişdi, xəbər də. Deyilirdi ki, 100-ə yaxın insan bilet alıb. Hətta reysin vaxtını AZAL-ın online operatorundan öyrənəndə -14.30 demişdi.

Hava limanında mənzərə başqa idi. Əlində «KishAirline» yazılmış biletlər olan bir nəfər o tərəf bu tərəfə gedir, uşağını və həyat yoldaşını İrana yola salmağın başqa yollarını axtarırdı.

Çünki sentyabrın 20-ə nəzərdə tutulmuş Bakı-Təbriz reysi təxirə salınmışdı. Əliuşaqlı iranlıların Azərbaycanda qalma izninin bitməsinə isə az qalırdı.

«UÇUŞ TƏXİRƏ SALINIB, SƏBƏBİNİ BİLMİRİK»

«TV-də də elan edilib ki, Bakıdan Təbrizə reys var – 2-6-cı günlər. Bilet satan da bizə zəng vurmayıb ki, uçuş alınmayıb. Bu aeroportun rəhbəri ilə kimsə danışmayıb ki, bu uçuş gələ bilər ya yox. Buna görə reys dayanıb».

Adının çəkilməsini istəməyən İran vətəndaşı bildirdi ki, özündən başqa bu problemlə üzləşən 4-5 belə insan görüb. Bakıdan Təbrizə uçuşu İranın «KishAirline» şirkəti həyata keçirir. Təbrizə uçmağa gəlmiş insanların biletindən götürdüyümüz nömrələrlə «KishAirline»la əlaqə saxladıq:

Bakıdan Təbrizə uçmalı olan təyyarənin bileti
«Uçuş təxirə salınıb, səbəbini bilmirik. Bakıdan bildirdilər ki, təxirə salmalıyıq. Bizdə hər şey planlaşdırılmış və biletlər satılmışdı. Rəhbərliyimiz problemi izləyir».

SƏRNİŞİNƏ BİR CÜR, JURNALİSTƏ BAŞQA CÜR CAVAB

«KishAirline»dan təxirəsalmanın dəqiq səbəbin nə olduğunu bilməsələr də, problemin Bakı Hava limanından qaynaqlandığını bildirdilər.

AZAL-a gəlincə isə kassalardan tutmuş mətbuat xidmətinə kimi zəng vursaq da, sual etsək də, Bakı- Təbriz reysi ilə bağlı heç bir məlumatlarının olmadıqlarını bildirdilər. Hətta AZAL-dan bir xanım – onu sizə heç kim deməyəcək – deyib sağollaşdı.
Hava limanında olarkən isə sərnişin kimi yaşxınlaşıb informasiya şöbəsindən nə baş verdiyi soruşduq, bildirdilər ki, AZALın bu reysə icazəsi olmadığı üçün uçuş dayandırılıb.

AZAL-dan Bakı- Təbriz reysi ilə bağlı heç bir məlumatlarının olmadıqlarını bildirdilər
Hava limanında olarkən İranın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə də qarşılaşdıq. «KishAirline»lə bağlı sualımıza belə cavab verdilər.

BAŞ TUTMAYAN REYSİN NARAZI SƏRNİŞİNİ

İranlı həmsöhbətim əlindəki biletlərə baxıb deyir:

«Pul məsələsi burda yoxdu, bu ki sən burda vaxt itirirsən, əziyyət çəkirsən, onun dəyəri milyona da dəyməz»

Bakıdan Təbrizə birbaşa hava reysi açılması ilə bağlı xəbəri «KishAirline» aviaşirkətinin Təbriz nümayəndəliyinin rəhbəri Nadir Cəvani vermişdi.

O bildirmişdir ki, hava reyslərində 150 nəfər tutumu olan «Boinq MD» təyyarələrlə həyata keçiriləcək.

Gediş və gəliş üçün biletin qiyməti 250 ABŞ dolları civarında olduğu bildirilmişdi.
XS
SM
MD
LG