Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:18

Prokuror müxalifətçilərə 3 ilədək cəza istədi


Məhkəmə önündə şüarlar
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid

2 aprelçilərin məhkəmə prosesindən sonra müxalifət fəalları Səbayıl rayon Məhkəməsinin binası önündə aksiya keçirməyə cəhd göstərdilər

«Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli 3 il, Fuad Qəhrəmanlı isə 2 il 6 ay azadlıqdan məhrum edilsin».

Sentyabrın 26-da Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan müxalifət fəallarının bir qrupunun məhkəməsində dövlət ittihamçısı belə bir cəza istədi.

«MÜTTƏHİMLƏR YOX, ŞAHİDLƏR CİNAYƏTKARDIR»

Daha sonra prosesdə ittiham olunanların vəkilləri çıxış etdilər. Arif Hacılının vəkili Osman Kazımov ittiham aktını «biabırçılıq» adlandırdı. Dedi ki, istintaqın ittiham olunanlara qarşı istifadə etdiyi şahidlərin özləri cinayətkardırlar. Osman Kazımlı həmçinin bildirdi ki, Müsavat Partiyasının növbəti qurultayında Arif Hacılının partiya başqanlığına namizədliyini irəli sürməsini dəstəkləyir.

Arif Hacılının vəkili Əshabəli Mustafayev isə çıxışında dedi ki, bu məhkəmə prosesi aksiyaya icazə verməyən Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz fəaliyyətinin nəticəsidir. Vəkil bildirdi ki, məhkəmədə nümayiş olunan videogörüntülər də əslində ittiham olunanların xeyrinə idi. Onların hər hansı cinayətini sübut edən heç bir görüntü, dəlil ortalıqda yoxdur. Vəkil dedi ki, aksiya zamanı avtobusun şüşəsini sındıran şəxsin şəkli məhkəməyə təqdim olunsa da, bu məsələ də araşdırılmayıb.

«NƏ VAXTA KİMİ ƏDALƏTİ XARİCDƏ AXTARACAĞIQ?»

«Biz nə vaxta kimi ədaləti xaricdə - Avropa Məhkəməsində axtaracağıq?», – deyə Əshabəli Mustafayev hakimə sual etdi.

O, məhkəmənin vəkillərin təqdim etdikləri sübutları lazımi qədər dəyərləndirmədiyini, danışmaqla sadəcə ürəklərini boşaltdıqlarını bildirdi.

Fuad Qəhrəmanlının vəkili Rəfail Əliyev də ittihamın əsassız, saxta olduğunu vurğuladı.

Tural Abbaslının vəkili Yavər Hüseynli isə çıxışında ittiham olunanların siyasi məhbuslar olduğunu dedi. O bildirdi ki, ölkənin müstəqillik aktına imza atan Arif Hacılı və digərlərinin həbsi cəmiyyətdə xof yaratmaq məqsədi daşıyır. Yavər Hüseynli qeyd etdi ki, azadlıqda olmaq Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının haqqıdır.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı 2 aprel aksiyasında ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

Onlar cinayət işini siyasi motivli sayırlar.

YENƏ «AZADLIQ», YENƏ «İSTEFA»…

Məhkəmənin növbəti iclası sentyabrın 28-də təyin olunub.

Məhkəmənin iclasından sonra Səbail rayon Məhkəməsinin binası önündə müxalifətçilər etiraz aksiyası keçirməyə cəhd etdilər. «Azadlıq!», «Prezidentə istefa!» şüarları səsləndirdilər. Polis aksiyanın qarşısını aldı.
XS
SM
MD
LG