Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:10

S. Mehbalıyev: «İşçilərin xəsarət alması hallarının 65%-i tikintidə baş verir»


Foto: Arxiv
Foto: Arxiv
«Azərbaycanda ən acınacaqlı vəziyyət tikinti sahəsindədir».

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

O bildirib ki, iş adamları təhlükəsizlik qaydalarını bilmirlər, tikintidə iş şəraitini normal qurmurlar:

«İşçi təhlükəsizlik kəmərləri və dəbilqələrlə təmin edilmir. Nəticədə iş yerində ölüm və zədələnmə halları baş verir. Ümumiyyətlə, işçinin xəsarət alması ilə nəticələnən halların 60-65%-i tikinti sahəsində baş verir. Hələ bu, düzgün və dolğun məlumat deyil. Çünki işəgötürənlər işçi və baş verən hadisə ilə bağlı bəzi məlumatları gizlədirlər. Qeyri-rəsmi şəkildə işçi ilə əlaqə yaradır, onlara sosial təminatları ilə bağlı problemlərini həll edəcəklərinə söz verirlər. İnsanlar da hüquqlarını bilmədikləri üçün inanırlar. Bu adamlar sonradan əmək əlillərinə çevrilir və öz hüquqlarını tələb edə bilmirlər».

S.Mehbalıyev qeyd edib ki, Konfederasiya hazırda belə müəssisələrdə həmkarlar təşkilatlarının yaradılmasına çalışır:

«Həmkarlar təşkilatları olan yerdə xəsarət və ölüm halları, bədbəxt hadisələrin sayı qat-qat aşağıdır. Çünki həmkarlar təşkilatı olan müəssisələrdə işçinin hüquqlarını özündə əks etdirən kollektiv müqavilələr bağlanılır. Bu da neqativ hadisələrin sayının azalmasına səbəb olur».

Konfederasiya sədri işçilərlə müəssisə arasında «Baş Kollektiv Saziş» adlı sənədin imzalanmasının əhəmiyyətini də vurğulayıb:

«Bu sazişlərin bağlanması işçinin sosial vəziyyətinin yaxşılaşmasına və normal məvacib almasına xidmət edir». /apa/
XS
SM
MD
LG