Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:47

Gürcüstan milyarderi vətəndaşlıqdan çıxartdı


İvanişvili Parisdəki evində
İvanişvili Parisdəki evində
Gürcüstan hakimiyyəti ölkənin ən varlı adamlarından biri olan Bidzina (Boris) İvanişvilini Gürcüstan vətəndaşlığından çıxarıb.

İctimai Qeydiyyat İdarəsi bildirir ki, İvanişvili Fransa vətəndaşlığını götürdüyünə görə, onun Gürcüstan vətəndaşlığı öz qüvvəsini itirib.

Forbes jurnalına görə İvanişvilinin var-dövləti 5,5 milyard dollardır.

Keçən həftə İvanişvili bildirdi ki, yeni siyasi partiya yaradıb, prezident Saakaşviliyə qarşı mübarizəyə başlayacaq.
İvanişvili bu yeni siyasi partiya ilə gələn ilin parlament seçkilərində iştirak etmək istəyir.

İvanişvili 1956-cı ildə Gürcüstanda anadan olub.
Forbes yazır ki, onun uğurunun mənbəyi sirli olaraq qalır. Ancaq bu digər rus oliqarxlarına da aiddir. Forbes yazır : "O, şirkətləri on milyonlara alıb, milyardlara satıb".

İvanişvili biznes fəaliyyətinə 1980-ci illərdə Rusiyada kompüter satmaqla başlayıb.
Daha sonra Rossiyski Kredit Bankı yaradıb.
Hotel və dərman biznesində paylıarı var.

Bu yaxınlarda Pablo Pikassonun şəklini bazar qiymətindən qat-qat baha almaqla gündəmə gəlmişdi.

Hazırda Gürcüstanın Chorvila kəndində yaşayır.
O bu kənddə anadan olub.
XS
SM
MD
LG