Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:00

Elman Türkoğlu: «İndiyə kimi 264 dəfə həbs edilmişəm...»


Elman Türkoğlu
Elman Türkoğlu
Müstəqilliyin 20-ci il dönümündə Azərbaycan milli azadlıq hərəkatının iki tanınmış sıravi üzvü - Elman TürkoğluYaşar Türkazərin əhvalını soruşduq.

Elman Türkoğlu 2 qat bayram içindədir. Bu gün oktyabrın 18-i həm müstəqillik bayramını, həm də doğum gününü qeyd edir. 54 yaşı tamam olur, 55 yaşına keçir. Deyir axşam hər iki hadisəni birgə qeyd edəcəm. 20 il əvvəl müstəqillik aktı qəbul olunan gün isə o, parlamentin binası qarşısında aclıq aksiyası keçirir, deputatlardan müstəqillik aktına səs vermələrini tələb edirdi. Onda heç ad günü də yadına düşmürdü. İndi isə deməsinə görə, bütün bu bayram əhvalı ilə birgə içində buruq bir nisgil daşıyır:

«BU GÜN MƏNİM ÜRƏYİM AĞRIYIR...»

- Bu gün mənim ürəyim ağrıyır ki, uşaqlar həbsdədir. Qabaq bir nəfər həbs ediləndə, gedib məhkəməni mühasirəyə alıb onu azadlığa çıxarardıq. İndi o qüvvə yoxdur. İndi qüvvə yoxdur ki, Arif Hacılını, Tural Abbaslını, Elnur Məcidlini azadlığa çıxaraq...

264 DƏFƏ HƏBS EDİLİB...

Elman Türkoğlunun özü də İctimai Palatanın sonuncu icazəsiz aksiyasında həbs edilib, sonradan sərbəst buraxılıb. O, 1988-ci ildən bəri həbslərinin statistikasını toplayır. Deyir ki, bu il aprelin 17-də 264-cü dəfə həbs edilib. Onların çoxu məhz müstəqillik dönəminə düşür. Müxalifətin icazəli aksiyalarına bir qayda olaraq oğulları - MəmmədəminElçibəylə gələrdi. Deyir ki, indi Məmmədəmin və Elçibəy böyüdüyündən özləri aksiyalara adamlar gətirir:

- İndi oğullarım böyük kişi olublar. Müxalifətin aksiyalarına öz dəstələri ilə gəlirlər...

AZƏRBAYCAN VƏ ATATÜRK

- Elman bəy cəmi 2 oğlunuz var da, eləmi?

- Bəli. Birinin adı Məmmədəmindir, o biri Elçibəy...

- Üçüncü oğlunuz olsaydı, adını nə qoyardız?

- Üçüncü olsaydı, Azərbaycan, dördüncünün isə adını Atatürk qoyardım... Qismət.

Yaşar Türkazər
Yaşar Türkazər
Elman Türkoğlu indi həm hakimiyyətdən, həm də müxalifətdən gileylidir. Hakimiyyəti korrupsiyada, müxalifəti birləşə bilməməkdə günahlandırır:

«AZƏRBAYCAN XALQI KÜRƏYİNDƏKİ KARTOF, SOĞAN KİSƏLƏRİNİ BOŞALDIB,...»

- Bir gün Azərbaycan xalqı kürəyindəki kartof, soğan kisələrini boşaldıb, bayraq kimi əllərinə alacaq. Onda hakimiyyəti və müxalifəti Xəzər dənizinə tökəcəklər...

Bu aylar Yaşar Türkazərin də ailəsində böyük sevinc yaşanır. 7 ay əvvəl adını Turqanay qoyduğu qızı doğulub. Yaşar Türkazər 4 il əvvəl 50 yaşında ailə qurub. Ailə qayğıları da onu mübarizə meydanından çəkindirməyib. Deyir ki, müstəqillik mübarizəsindən peşman deyil. Azərbaycanın imzası dünya imzaları arasında yer alıb. Ancaq düşünür ki, artıq belə gedə bilməz:

HEÇ NİKOLAYIN VAXTINDA DA...

- Bu qədər talançılıq olmaz. Mən bədi ədəbiyyatdan bu vəziyyətə oxşar nümunələr tapa bilmirəm. Heç Nikolayın vaxtında da sahibkarın mülkünü başına uçurmurdular. Demirdilər ki, dur buradan rədd ol. Burax Tağıyevi, Nağıyevi, heç Məşədi İbada da, bunu deyə bilməzdilər...

Yaşar Türkazər deyir ki, pul yuxarıda oturanların gözünü tutub. Artıq nə etdiklərini bilmirlər...
XS
SM
MD
LG