Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:59

Seymur Baycan. İvan İliçin ölümü


Seymur Baycan
Seymur Baycan
Seymur Baycan


İVAN İLİÇİN ÖLÜMÜ

Mütaliənin dörd mərhələsi var. Bu, bir az sufilikdəki şəriət, təriqət, mərifət, həqiqət mərhələlərinə oxşayır. Mütaliənin birinci mərhələsində əlinə keçən kitabları oxuyursan.

Bir çox insanlara bu mərhələ çox yaxşı tanışdı. Nağıllar, dastanlar, uşaq ədəbiyyatı, bayağı sevgi romanları…

Bu mərhələdə daha çox ibrətamiz əhvalatlar oxucunu özünə cəlb edir. Süjetə üstünlük verilir.

Parıltılı cümlələrin altından xətt çəkilir. Bir çox yazıçılar vaxtında xeyli lazımsız əsərləri oxuduqlarından dolayı öz peşmançılıqlarını dilə gətiriblər.

Onların fikrincə, bu vaxt boşa gedib və bu əsərlərin əvəzinə daha ciddi, lazımlı

Əgər Qəddafi Tolstoyun “Dirilmə” əsərini bircə dəfə ürəkdən oxusaydı, xalqını qan içində boğmazdı…

əsərlər oxumaq olardı.

Somerset Moem isə başqa fikirdədir. Moem “Həyata yekun vurarkən” əsərində yazır: “Mən də vaxtında xeyli lazımsız kitablar oxumuşam.

Bir çox yazıçılar buna görə özlərini bərk qınayırlar. Mən isə əsla peşman deyiləm. Ələ keçən bütün kitabları acgözlüklə oxumaq vacib bir mərhələdir. Bu, mütaliə prosesinin qırılmaması deməkdir”.

Deməli, əslində, bizim heyfsiləndiyimiz bir mərhələ, prosesin tərkib hissəsidir.

Bu, zərurətdir. İkinci mərhələdə insan özünə lazım olan əsərləri tapıb oxumağa
başlayır. Artıq birinci mərhələdə oxuduğu kitabların süjeti, mövzusu onu qane etmir. Buna zövqün formalaşması adını da verə bilərik. Bu, çox uzun və axtarışlar tələb edən bir mərhələdir. Şəxsən mənim kitab zövqümün formalaşmasında “525-ci qəzet”in müstəsna rolu olub. O vaxtlar “525-ci qəzet” 14 min tirajla dərc olunurdu. Qəzetdə “Üz-üzə” rubrikası vardı. Həmin rubrikada ölkənin ən tanınmış adamları (siyasətçilər, yazıçılar, şairlər, sənətşünaslar…) sevdikləri şəhərin, yeməklərin, yazıçıların, əsərlərin adlarını sadalayırdılar. Mənim üçün bundan gözəl fürsət ola bilməzdi.

Tanınmış adamların müsahibələrində adlarını sadaladıqları əsərləri “Nəsimi”
Somerset Moem
Somerset Moem
bazarının yaxınlığında yerləşən Puşkin adına kitabxanadan tapıb oxuyurdum. Beləliklə, mən xeyli lazımlı əsərlər oxudum. Daha sonra “525-ci qəzet”də Kamil Vəli Nərimanoğlunun böyük bir müsahibəsinə rast gəldim. Həmin müsahibədə Kamil müəllim xeyli əsərlərin adlarını sadalamışdı. Kamil müəllimin müsahibəsi mənə xeyli kömək etmiş oldu. Onun müsahibədə adlarını sadaladığı bütün əsərləri tapıb oxudum. Daha sonra ədəbi mühitdə adı hallanan, şeir, hekayə, roman yazan adamlarla tanış olmağa başladım. İşim xeyli yüngülləşdi. Əsərləri daha ehtiyatla seçirdim. Əsərin adını, müəllif haqda informasiyaları, əsərdəki qəhrəmanların adlarını qalın bir dəftərə yazırdım. Əsəri bitirən kimi əsər haqda fikirlərimi isti-isti bir vərəqə köçürüb, dəfələrlə oxuyurdum. Oxuduğum əsərləri bu gün ən xırda detallarına qədər xatırlamağımın səbəbi budur.

Daha sonra mən özümə yaxın, ruhən doğma əsərlərin, doğma yazarların axtarışına başladım. Bu, artıq fərdi məsələdir. Hər kəs bu prosesdə öz yolunu tapır. Onu da qeyd edim ki, ən adi səbəblərdən mərhələlər arasındakı rabitə qırıla bilər. Məsələn, ailə, iş, pul qazanmaq, ədəbiyyatla həyat arasındakı sirli əlaqəni tapmaq, şərtiliyin reallığa çevrilməsini görmək… Yuxarıda da qeyd etdiyim kimi, bu mərhələ uzun axtarışlar, ağır zəhmət tələb edir. Ən çətini isə sənin ruhuna doğma olan əsərləri və yazıçıları tapmaqdır. Hər hansı yazıçının məşhurluğu, tirajı səni asanlıqla aldada, qorxuda bilər. Əlbəttə, oxucu kimi hər hansı əsər haqda fikir bildirmək daha asandır. Yazarın işi daha ağırdır. Əgər yazar babat tiraj yığa bilməyibsə, babat bir mükafat almayıbsa, hər hansı yazıçı, əsər haqda tənqidi fikir bildirməklə gülüş obyektinə çevrilə bilər.
Üçüncü mərhələdə sən artıq əsəri oxuyarkən yazarın təsvir etdiyi təbiət
Lev Tolstoy
Lev Tolstoy
hadisəsini, məişət hadisəsini, obrazı özü gördüyünü, eşitdiyini, oxuduğunu, hardansa çırpışdırdığını müəyyən edə bilərsən. Bu, çox zövqlü bir mərhələdir.

Ədəbi sirlərə vaqif olmaq adama hədsiz zövq verir. Sən yazıçının necə gopa basdığını, öz başına gəlmiş hadisəni qorxa-qorxa, ehtiyatla, üçüncü şəxsin dilindən yazdığını, yaxud eşitdiyi hadisəni özü görmüş kimi necə ustalıqla təqdim etdiyini gözəl tuta bilirsən. Əgər özün nəsə yazırsansa, bu mərhələdə sirlərə vaqif olma prosesi daha da sürətlənir. Söhbət sənin zəif, yaxud ortabab, güclü hekayə, roman yazmağından getmir. Yaradıcılıq prosesinin özü yazıçıların sirlərini öyrənmək üçün açar rolunu oynayır. Hər kəsin zəhmətini qiymətləndirməyə doğru bir addım atırsan. Əsərlərin necə ağır zəhmət bahasına ərsəyə gəldiyini istər-istəməz anlayırsan. Üstəlik, “yazmaq lazımdırmı”, “niyə yazıram” , “kimə lazımdır”, “yazmaqla nə olacaq” kimi ağır suallar hər an adamın üstünə hücum çəkir. Bütün bu suallar səni yorur. Hər an geriyə çəkilə bilərsən. Bu mərhələdən nə qədər zövq alsan belə, insandan güclü iradə tələb olunur.

Dördüncü mərhələdə artıq əsərlərdə yazılmayan hadisələri, əhvalatları oxumağı bacarırsan. Bu, çox ağrılı bir mərhələdir. Demək olar ki, əsəblərin tamam sıradan çıxması, bədənin hər hansı üzvünün bərbad günə düşməsi bahasına sirlərə vaqif olursan. Qorxular peyda olmağa başlayır və sən yazıçıların qorxularından, gələcək ağrılarından necə əzab çəkdiklərini anlayırsan. Heç bir texnika, ustalıq səni aldada bilmir. Hər şeyi görürsən. Yazılmayan cümlələri belə oxuyursan. İntiharların əsl səbəbini başa düşürsən. Bu, çox intim məsələdir. Bu haqda nəsə yazmaq, nəsə danışmaq çox çətindir. Demək olar ki, mümkünsüzdür. Daha çox susmağa üstünlük verirsən. Gülməli vəziyyətə düşmək qorxusu var. Sən Dovlatovun tənbəlliyini başa düşürsən. Dağa dırmaşan alpinistlərə Dovlatovun niyə güldüyünü anlayırsan. Runeskonun “görəsən, niyə bir adam yazdığım zaman məni boğub öldürmür”,- sözlərinin hansı əzablardan doğduğunu anlayırsan. Peçorinin iztirablarını, Oblomovun tənbəlliyini, Henri Millerin haldan-hala düşməyini, Eduard Limonovun “qar yağdı və mən mətbəxtdə oturub hönkür-hönkür ağladım” sözlərinin həqiqi mənasını dərk edirsən. Heç kəs sona qədər özünü yaza bilmir, amma sən yazılmayanları belə oxuyursan.

Və sən özün də hər şeyi sona qədər yaza bilməyəcəyini anlayırsan. Bilirsən ki, yazılanlar, əslində, baş verənlərin heç on faizi deyil. Bununla belə, sən sirli bir dalğaya girərək, özündən əvvəl yaşamış, ölüb getmiş, sümükləri çürümüş yazıçıların iztirablarını, ağrılarını, aldıqları travmaları ürəyinlə tam hiss edirsən. Hətta düşüncə belə itmir. Onların nəinki yazdıqlarını, düşünərək yazmadıqlarını belə oxuyursan. Və Knut Hamsunun qəhrəmanı Naqeli öz qardaşın kimi sevirsən. Zahiri xoşbəxtliyin əslində necə dərin bir xoşbəxtlik olduğunu yaxşı duyursan. Misimanın intihar etməkdən savayı yolu olmadığını anlayır və müdrikcəsinə “intihar zəiflikdir” deyən adamlardan iyrənirsən.

***

Tolstoy bəxti gətirməmiş yazıçıdır. Bəli, kitabı cəmi min tirajla çıxan, üçüncü sort ölkənin ortabab yazıçısının dünya şöhrətli bir yazıçıya, Tolstoya “bəxti gətirməmiş yazıçı” deməsi ilk baxışda çox gülməli görünə bilər. Mənim heç vaxt Tolstoya xüsusi bir heyranlığım olmayıb. Baxmayaraq ki, Tolstoyu erkən vaxtlarda oxumağa başlamışam. Baxmayaraq ki, Tolstoyun yaratdığı Pyer Bezuxov, Levin obrazları ən çox sevdiyim obrazlardan olub. Tolstoyun əsərlərini müxtəlif yaş dövrlərində təkrar-təkrar oxumuşam. Lap son aylara qədər “Dirilmə” əsərini Tolstoyun ən güclü əsəri hesab edirdim…

Tolstoya qarşı yazarların, güclü oxucuların çox pis münasibəti olub. Bu münasibət bu gün də davam etməkdədir. Məsələn, Kamyu deyirdi: “Tolstoyla Dostoyevskini eyni dərəcədə sevən adam çox qorxuludur”. Knut Hamsun Tolstoya sadəcə nfirət edirdi. Hətta əsərlərinin birində, səhv etmirəmsə, “Misterii” əsərində qəhrəmanın dilindən Knut Hamsun Tolstoyu söyüb biabır edir, hətta Tolstoy haqqında öldürücü lətifə yazır. Çexov Tolstoyun əsərlərində
Anton Çexov
Anton Çexov
bilmədiyi məsələlər haqqında mülahizələr yürütməsindən narazı idi. Çexov şair Pleşşeyevə yazdığı bir məktubda deyirdi: “Tolstoy bir sıra bioloji və fiziki hadisələrdən bəhs etməklə öz avamlığını göstərir. Uzun ömrü müddətində bu adam zəhmət çəkib, mütəxəssislər tərəfindən yazılmış bir-iki kitab belə oxumamışdır”.

Tolstoy çox ağır bir imtahan qarşısında qalmışdı. Onun qarşısına bəşəriyyətin yetişdirdiyi, istedadı vulkan kimi püskürən, bəşəriyyətin çox nadir hallarda doğduğu bir şəxs çıxmışdı. Bu, Dostoyevski idi. Tolstoy həmişə yazarların zəhərli qələminə tuş gəldiyi halda, yazarlar Dostoyevskiyə öz ehtiramlarını, heyranlığını nümayiş etdiriblər. Ən müxtəlif yazarlar. Dəlilər. Ağıllılar. Məşhurlar. Ortabablar. Məsələn, ən başdanxarab yazıçılardan biri, Henri Miller deyirdi: “Mənim həyatım iki yerə bölünür. Dostoyevskiyə qədər və Dostoyevskidən sonra”. Murakami kimi yüksək tirajlı bir yazıçı deyir: “Karamazov qardaşları” kimi bir roman yaza bilsəm, özümü xoşbəxt hiss edə bilərəm”.

Tolstoy haqq etmədiyi bir imtahan qarşısına çıxmalı oldu. O, daima, uzun illər Dostoyevskinin kölgəsində qalmalı oldu və qalmaqdadır. “İnsan qəlbinin mühəndisi” adı almış Dostoyevskiyə vurğun adamlar daima Tolstoy yaradıcılığına ağız büzüblər. Bəziləri Tolstoyu uzunçuluqda, bəziləri qadın söhbətlərinə hədsiz aludə olmaqda ittiham ediblər. Tolstoy özü isə Dostoyevskinin niyə çox oxunduğunu başa düşmədiyini açıq-aşkar dilə gətirmişdi. Tolstoy Dostoyevski haqda deyirdi: “O, rus dilini bilmir”. Tolstoy Leskovu Dostoyevskidən daha güclü yazıçı hesab edirdi…

Bəli, Tolstoy öz zəhmətkeşliyi, ağlı ilə kosmosa rahat girən Dostoyevskinin qarşısında aciz idi. Bu, çox ağrılı, qeyri-bərabər bir döyüş idi. Əlbəttə, özünü bir az qeyri-adi, fərqli hesab edən insanın Dostoyevskini sevib, Tolstoya ağız büzməsi anlaşılandır. Tolstoy nəticəsi əvvəldən bəlli olan bir döyüşə girmişdi. Onun bu döyüşdə uduzması Stalinin Trotskiyə uduzmasına bənzəyir. Stalin də bəşəriyyətin ən böyük bir dühası Trotskiylə davaya girməyə məcbur idi. Oğlunu qurban verməsi, müharibəni udması belə Stalini xilas edə bilmədi. Trotski öz nitqi, publisistikası, sərhədsiz istedadı ilə bu günə qədər Stalini əzməkdədir.

Yeri gəlmişkən, Trotskinin “Mənim həyatım” adlı memuarının hələ də Azərbaycan dilinə çevrilməməsi biabırçılıqdır. Məlumat üçün bildirim ki, Trotskinin memuarı əhalisi bizdən az olan Gürcüstanda gürcü dilinə çevrilib.
Müəmmər Qəddafi
Müəmmər Qəddafi
Bizdə xeyli çoxyönümlü adamların olduğunu, Gürücstanda sola rəğbətin olmadığını nəzərə alsaq, vəziyyətin necə acınacaqlı olduğunu bir az dərk edərik. Ən ağır, çıxılmaz vaxtlarımda Trotskinin məqalələri, xatirələri mənə güc verib. Yeri gəlmişkən, Trotskinin Tolstoy haqqında məqaləsi var…

***

Böyük əsərlər ürəyin ağla, ağlın ürəyə səyahəti zamanı yaranır.

Serb yazıçısı M.Paviç belə deyirdi: “Tək ürəklə böyük əsər yaratmaq çətindir. Tək ağılla böyük əsər yaratmaq çətindir. Ürək və ağıl bir yerdə olmayanda böyük əsər yaranmır”. Məhz buna görə Turgenev Qlinkanı ibtidai xalqın dahisi adlandırırdı. Turgenev anadangəlmə istedadlara nifrət edirdi. “Dad anadangəlmə istedadların” əlindən deyirdi. Böyük əsərlərin yazılması üçün zəhmətdən, təcrübədən savayı ürəyin ağla, ağlın ürəyə səyahəti vacibdir. Əgər böyük əsərlərin yaranması ağlın ürəyə, ürəyin ağla səyahətini vacib bir şərt kimi tələb edirsə, bu əsərlərin oxunuşu da ağlın ürəyə, ürəyin ağla səyahətini tələb edir. Böyük əsərləri tək ağılla oxusan, ürəklə yazılmış yerləri qaçıracaqsan. Böyük əsərləri tək ürəklə oxusan, ağılla yazılmış yerləri başa düşməyəcəksən.

Tolstoy Qəddafinin sevimli yazıçısı idi. İndi həbsdə yatan Əli İnsanov Çexovun “6 nömrəli palata” əsərini çox sevirdi. Bu kimi hallar bizi ədəbiyyatdan əsla küsdürməməlidir. Ədəbiyyat bacardığı qədər tərbiyələndirir. Əgər donuzlar mirvariləri tapdalayırsa, bu, ədəbiyyatın günahı deyil.

Mən “Səfillər” əsərini ürəkdən oxuyan adamın yetimin malını yeyəcəyinə, zirzəmidə dustağa işgəncə verəcəyinə inanmıram. Əgər Elçin Əfəndiyev ömründə bircə dəfə “Səfillər” əsərini ürəkdən oxusaydı, baş nazirin müavini vəzifəsindən istefa verib, Azərbaycan teatrlarının səhnələrini özünün və atasının “əsərləri” ilə işğal etməzdi.

Əgər Anar Rzayev bircə dəfə “Səfillər” əsərini ürəkdən oxusaydı, üstünə min təhqir, söyüş, lənət götürüb, Yazıçılar Birliyinin sədri vəzifəsində 24 il oturmazdı.

Əgər Qəddafi Tolstoyun “Dirilmə” əsərini bircə dəfə ürəkdən oxusaydı, xalqını qan içində boğmazdı…

***

Yazının adını təsadüfən “İvan İliçin ölümü” qoymamışam. Tolstoyun “İvan İliçin ölümü” əsəri həm ürək, həm də ağıl tələb edən əsərdir. Bu əsərdə biz rus millətçiliyindən uzaq Tolstoyu görürük. Bu əsərdə Tolstoy ona uzunçuluğu irad tutanlara heç bir bəhanə vermir. Bu əsəri oxuyarkən biz Tolstoyun neçə dəfə ölüb-dirildiyinin görürük. Nəhayət, biz bu əsərdə həyatın həqiqətən necə fani olduğunu görürük. Və Tolstoyun “İvan İliçin ölümü” əsərindəki fanilik əsaslandırılmış fanilikdir, bayağı, kökü olmayan, Şərq faniliyinə əsla bənzəmir.

Tolstoy “İvan İliçin ölümü” əsərini mütaliənin dördüncü mərhələsinə, həqiqətə çatan adamlar üçün yazıb. Əgər kimsə “İvan İliçin ölümü” əsərini oxuyub, Tolstoyun ağrılarını, onun dəfələrlə ölüb-dirildiyini anlamasa, bilsin ki, o hələ həqiqətə çatmayıb. Və ümumiyyətlə, hər kəs özünün hansı mərhələdə olduğunu dəqiq müəyyən etsə, yaxşı olar. Trotski demişkən: “Reallığı dərk etmək qələbənin yarısı deməkdir”.

“Reytinq” qəzeti
XS
SM
MD
LG