Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:11

Qaddafinin dəfni İslama uyğun idimi?


Libya -- Libyans take pictures with their mobile phones of the body of Muammar Qaddafi in Misrata, 20Oct2011 !!GRAPHIC CONTENT
Libya -- Libyans take pictures with their mobile phones of the body of Muammar Qaddafi in Misrata, 20Oct2011 !!GRAPHIC CONTENT
QADDAFİNİN DƏFNİ

Ölümündən 5 gün sonra Muammar Qaddafi gizli şəkildə Liviya səhralığında basdırılıb. Amma bu İslamda dəfn qaydalarına nə dərəcədə uyğundur?

Qaddafi doğma Sirte şəhərindən qətlə yetiriləndən sonra Liviya liderinin cəsədi ictimaiyyətin nümayişinə çıxarılmışdı. Sonra Qaddafinin özü, oğlu və bir köməkçisinin cəsədləri naməlum yerdə basdırılıb.

Dəqiqləşdirilməyən məlumatlara görə, onları səhrada bəzi qohumları və məmurların iştirakı ilə dəfn ediblər.

Düzdür, diktatorun ölümünü ilə bağlı yaranmış şərait fövqəladə adlandırmaq olar. Amma o da bəllidir ki, müsəlmanlar adətən meyiti tez basdırırlar. Beləliklə, İslam dəfnetmə ilə bağlı hansı tələbləri var?

İSLAMA GÖRƏ DƏFN NECƏ OLMALIDIR?

    • - İnsan ölümündən sonra mümkün qədər tez torpağa tapşırılmalıdır;

    • - Əgər ölüm təbii surətdə baş verməyibsə, meyiti saxlamaq olmaz;

    • - Cəsəd yuyulmalı və parça ilə örtülməlidir.


Düzdür, regionlardan asılı olaraq dəfnlə bağlı müsəlman adətlərində fərqlərə rast gəlinir. Amma bəzi təməl qaydalar var ki, hər kəs üçün eynidir.

Böyük Britaniyada Dini və İrqi Harmoniya Uğrunda Müsəlman Şurasının sədri, İmam Abduljalil Sajid BBC-yə deyib ki, insan öləndən sonra mümkün qədər tez basdırılmalıdır. Adətən bu, 24 saatı keçməməlidir. Bu, əsasən sanitar-gigiyenik baxımdan belə qayda qoyulub. Amma Qaddafi ilə bağlı durumda insanları əmin etmək üçün saxladıqlarını bildirirlər. Daha sonra isə onun necə qətlə yetirilməsi və harda basdırılması ilə bağlı araşdırma getdiyi üçün proses ləngiyib.

Dr Sajid deyir ki, insan təbii yolla dünyasını dəyişməyəndə, onun basdırılması bir qədər gecikdirilə bilər: “Əgər kimsə döyüş zamanı öldürülübsə, bu qaydalar dəyişdirilə bilər”

İslam qaydalarına əsasən, insan meyiti mümkün qədər tez bir zamanda yuyulmalı və kəfənə bükülməlidir. Məsələn, Bin Ladenlə bağlı durumda vurğulanmışdı ki, onun cəsədi dənizə atılmazdan əvvəl yuyulub və kəfənlənibmiş.

Lakin Qaddafinin cəsədinin şəkillərindən onun yuyulmadığı görünür. Deyilənlərə görə, Liviyalı polkovnikin özü belə istəyibmiş. O, döyüşdə həlak olacağı təqdirdə yuyulmamış halda və ölüm anında əynində olan paltarda basdırılmasını vəsiyyət edibmiş.

Abduljalil Sajid hesab edir ki, Qaddafinin meyitinin insanlar üçün sərgilənməsi, onun şəkillərinin çəkilməsi adi hal kimi qəbul edilə bilməz. Müsəlman hüququna görə, insanın meyitinə onun ailə üzvləri dəfndən əvvəl çox qısa zaman müddətində baxa bilər. Özü də hörmət və şərəflə keçməlidir.

Nəhayət, Qaddafi gizli bir yerdə basdırılıb ki, sonradan onun qəbrini müqəddəs yerə çevirməsinlər. İmamın sözlərinə görə, bu, müsəlman aləmində rast gəlinən bir haldır. Məsələn, Səudiyyə Ərəbistanında hətta krallara məxsus məzarlar da işarələnmir.

Dr Sajid deyir ki, insan cəsədi yarılmamalıdır. Qaddafiyə gəlincə, həkimlər onun güllə yarasından öldüyü qənaətinə gəliblər. Amma bu zaman meyitin yarılıb-yarılmadığı dəqiq bəlli deyil.
XS
SM
MD
LG