Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:35

Təhlükəsizlik Şurası hakimiyyəti təzyiqlərdən qoruyacaqmı?


BMT-də Azərbaycanın nümayəndə heyəti, 24 oktyabr 2011
BMT-də Azərbaycanın nümayəndə heyəti, 24 oktyabr 2011
«Liviyadakı hadisələr Azərbaycanda heç vaxt baş verməyəcək».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü» mövzusunda danışarkən deputat Gülər Əhmədova deyib.

Verilişdə iştirak edən siyasi şərhçi Rövşən İbrahimov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünü çox əlamətdar hadisə adlandırıb:

«İyirmi illik bir ölkənin 155 ölkə tərəfindən bu etimadı alıb Şuraya üzv olması göstərir ki, Azərbaycanın beynəlxalq arenada müəyyən nüfuzu var. Azərbaycanın oraya üzv olması onun imicinin yenidən formalaşmasına da kömək edəcək. Beynəlxalq münasibətlərdə, arenada keyfiyyətcə yeni münasibətlərə çıxırıq. Ən əsas qərar vermə mexanizmində yer almışıq… Bundan sonrası ilə bundan öncəki eyni olmayacaq…».

LİVİYA DA TƏHLÜKƏSİZLİK ŞURASININ ÜZVÜ İDİ

«ReAL» Hərəkatının həmsədri İlqar Məmmədov isə bayram əhval-ruhiyyəsini bölüşmür:

«Çünki cəmi 2 il bundan öncə BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələr sırasında Liviyanın adı var idi. İndi hamı şahiddir ki, 2 il öncə bu şuraya üzv olan Liviyada hansı hadisələr baş verir.
İlqar Məmmədov
İlqar Məmmədov
Azərbaycanda siyasi hakimiyyət düşünürsə ki, Təhlükəsizlik Şurasına üzvlük onu beynəlxalq təzyiqlərdən sığortalayır, beynəlxalq imic məsələsində onun yerini, vəzifəsini əlahiddə səviyyəyə qaldırır, bu, yanlışdır…».

Ancaq İlqar Məmmədov düşünür ki, müəyyən şərtlər təmin olunsa, Azərbaycanın Təhlükəsizlik Şurasına üzvlüyü üstünlüklər verə bilər.

AZƏRBAYCAN LİVİYA DEYİL

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Gülər Əhmədova isə Təhlükəsizlik Şurasına üzvlüyü Azərbaycanın xarici siyasətinin uğuru sayır:

«200-ə yaxın üzvü olan bir beynəlxalq təşkilatın 155 üzvünün Azərbaycanı dəstəkləməsi, ona etibar göstərməsi Azərbaycan üçün çox böyük bir məsələdir. Çünki çox az sayda ölkə tapmaq olar ki, 200 yaxın üzvü olan təşkilatda 155 ölkə onun siyasətini dəstəkləsin və bu cür mötəbər təşkilata üzv seçilməyinə səs versin. Məncə, bu, kifayət qədər böyük uğurdur.
Gülər Əhmədova
Gülər Əhmədova
Müstəqilliyinin 20 illiyində bu cür addımın atılması Azərbaycanın həm beynəlxalq aləmdə, həm də beynəlxalq təşkilatlarda nüfuzu barədə fikir söyləməyə imkan verir. Hər bir ölkənin özünün xarici və daxili siyasəti var. Azərbaycanın xarici siyasəti birmənalı şəkildə onu diktə edir ki, bütün beynəlxalq təşkilatlarda səs haqqı qazanaq, tərəfdarların sayını çoxaldaq, bütün imkanlardan yararlanaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün addımlar ataq…».

Deputatın fikrincə, Azərbaycanı Liviya ilə müqayisə etmək olmaz:

«Liviya iki il bundan qabaq Təhlükəsizlik Şurasında idi və bu gün güclər tərəfindən dağıdılıb. Hər hansı bir ölkədə baş verən hadisəni Azərbaycana şamil etmək ümumiyyətlə, əxlaqi, mənəvi cəhətdən qüsurludur. Məntiqlə baxanda, bu, ona oxşayır ki, qonşumuz Məmmədin oğlu 20 yaşında rəhmətə gedib, görəsən, bu biri qonşumun oğlu da 20 yaşında rəhmətə gedəcək?..».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG