Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

Putinlə Medvedevi ələ salan şeirlər...


Rusiya televiziyasında senzuraya məruz qalmış satirik şeirlər noyabrda çap ediləcək yeni kitabda yer alacaq.

Kitab "Гражданин Поэт" adlanır.

Bu ilin fevralında "Дождь" telekanalında "Поэт и гражданин" proqramı açılmışdı.

Orada tanınmış artist Mixail Yefremov tanınmış rus yazarı Dmitri Bıkovun cəmiyyətdəki eybəcərlikləri ifşa edən satirik şeirlərini ifa edirdi.

Həmin şeirlər klassik rus şairlərinin əsərlərinə bənzərmə ülubunda yazılıb.

Amma 5 proqramdan sonra kanal rəhbərliyi 6-cı verilişin efirə getməsinə imkan verməyib. Rəhbərliyin fikrincə, həmin proqramda hakimiyyət haqda təhqiramiz ifadələr yer alıb.

Amma layihə bağlanmayıb, sadəcə “yaşayış yer”ini dəyişib.

Proqram F5 İnternet portalında, "Эхо Москвы" radiostansiyasında yayınlanmağa və Youtube-a qoyulmağa başlanıb.

Yeni kitabla eyni komplektdə Yefremovun fevral ayından bəri yayınlanmış şeir ifalarının videoçarxlarından ibarət disk də olacaq.
XS
SM
MD
LG