Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:23

Əli Həsənov deyir ki, Rafiq Tağının hökumətlə problemi yox idi


Əli Həsənov
Əli Həsənov
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov noyabrın 25-də “Media forum” saytına açıqlamasında yazıçı-publisist Rafiq Tağının ölümünə münasibət bildirib.
Əli Həsənov deyib ki, Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi:

Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar.
- Necə hesab edirsiniz, bu, ictimai-siyasi qətldir, yoxsa sırf kriminal hadisədir?

- Vallah, bilmək olmaz. Mən indi buna heç cür qiymət verə bilmərəm. Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır.
- Rafiq Tağı yazılarında İrandakı dini rejimi ciddi tənqid edirdi. Bir neçə il əvvəl İran ayətullahlarından biri onun barəsində ölüm fitvası vermişdi. İndi bir sıra şəxslər hesab edir ki, onun qətlini İran təşkil edib. Siz Rafiq Tağının qətlində İran izinin olmasını mümkün hesab edirsinizmi və bu qətl Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş bir addım ola bilərmi?
- Əvvəla, el arasında belə bir məsəl var, deyərlər ümid bir yerə, güman min yerə gedir. Əlbəttə, bunun ətrafında yüzlərlə proqnoz, şərh ola bilər. Xüsusən də Rafiq Tağının özünün, yaxınlarının ayrı-ayrı açıqlamaları, ifadələri olmuşdu. Əlbəttə, bununla bağlı bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır.
Bunun sabitliyin pozulmasına yönəlmiş addım olmasına gəlincə, Azərbaycanda ictimai-siyasi sabitlik o dərəcədə kövrək deyil ki, bir adamı qətlə yetirməklə, yaxud ona sui-qəsd etməklə sabitliyi pozmaq mümkün olsun. Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib, yaradıb. Rafiq Tağıya qarşı edilən sui-qəsd ayrı-ayrı şəxslərin qisas məqsədi və ya başqa məqsədlərlə etdiyi hərəkət də ola bilər. Bütün bunları istintaqın sonunda biləcəyik.
Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti ölkədə baş verən bütün kriminal hadisələrin, xüsusən də İlham Əliyevin prezidentliyi dövründə baş verən kriminal hadisələrin açılmasına tərəfdar olub, belə işləri ciddi nəzarətə götürüb: «Hakimiyyət kimliyindən, hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun, kiməsə qarşı edilən xuliqanlıq hərəkətinin açılmasında maraqlı olub və bunu təmin edib. Konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik».
XS
SM
MD
LG