Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:56

ABŞ Rafiq Tağının qətlini pisləyir


Rafiq Tağı
Rafiq Tağı
ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir ki, digər qətllər kimi, bu qətl də ədalət tələb edir.

Bəyanatda deyilir:

«Rafiq Tağının jurnalist fəaliyyətinə görə hücuma məruz qalması ehtimalı cinayətin tezliklə açılması, bununla da din və siyasət də daxil olmaqla bütün mövzularda mətbuat və ifadə azadlığının təmin edilməsi tələbatını artırır. Bu azadlıqlar hər bir sağlam demokratiya sisteminin əsasıdır.

Biz Azərbaycan hökumətinin cənab Tağının məruz qaldığı hücumu araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratmasını alqışlayırıq. Bu dəhşətli cinayəti həyata keçirmiş canilərin məhkəmə qarşısına çıxartmaq üçün bütün resurslardan istifadə etməyə dəvət edirik».
XS
SM
MD
LG