Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:47

Britaniya İran səfirliyini bağlayır və diplomatları ölkədən çıxarır


Londondakı İran səfirliyi
Londondakı İran səfirliyi
Britaniya ölkədəki İran səfirliyini bağlayır və İranlı diplomatlara ölkədən çıxmaq üçün 48 saat vaxt verib.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, bu Tehrandakı Britaniya səfirliyinə hücuma cavab tədbiridir.

Bundan əlavə bu gün Böyük Britaniya diplomatik missiyasını tamamən İrandan çıxarmağa başladığını da elan edib.

Dünən Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum edən kütlə səfirliyin binasının şüşələrini sındırmış, maşınları və Britaniya bayrağını yandırmışdı.

Baş verənləri BMT Təhlükəsizlik Şurası və ABŞ pisləmişdi.
XS
SM
MD
LG