Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:24

Nigar Köçərli: "Söz verirəm ki, ƏDV ləğv edilsə, kitablar 18 faiz ucuzlaşacaq"


Şahbaz Xuduoğlu və Nigar Köçərli
Şahbaz Xuduoğlu və Nigar Köçərli
- Mən də kitab şəbəkəsinin rəhbəri kimi söz verirəm ki, ƏDV ləğv olunanda qiymətlər dərhal 18 faiz aşağı enəcək. Kitablar daha yaxşı satılacaq....

Bunu Azadlıq Radiosunun "Pen klub" proqramında "Əli və Nino" kitab dükanları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.

"Kitaba tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) ləğv edilsin ya yox?" mövzusunda debata “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, deputat, yazıçı Aqil Abbas (telefonla) və yazıçı Yunus Oğuz da (telefonla) qatılıblar.

Şahbaz X:

- Azərbaycanda ƏDV 18%-dir. Əslində, ƏDV kitab alan şəxsin artıq ödədiyi puldur.

Bir təşkilat digər bir təşkilata kitab satdıqda ƏDV-ni əvəzləşdirmək mümkündür, əgər kitab konkret dükandan şəxslərə satılırsa, o zaman onu vətəndaş ödəmiş olur.

Azərbaycanda kitab üç dəfə ƏDV ödəmək məcburiyyətindədir.


Aqil Abbas:

Özü də mən inanmıram ki, bundan yazıçı qazansın, məni yazıçıdan çox oxucunun qazancı maraqlandırır. Mənim qazancım o olacaq ki, məni oxuyacaqlar. Mən inanıram ki, bütün ziyalılar bunu dəstəkləyəcəklər. Parlamentdən başqa prezidentə də müraciət edəcəyik.

Kitab kağızının qiyməti bazarda təqribən 1600-1800 dollar civarındadır. ƏDV-yə cəlb olunmayan qəzet kağızının dəyəri isə təqribən iki dəfə ucuzdur, yəni 700-800 dollar.

Kitab istehsalı üçün lazım olan hər şey xaricdən gəlir, hətta kitab tikən iynə də. Boya, təbəqə, müxtəlif kimyəvi maddələr, tutqal və s. – bunların hamısı gömrükdə ƏDV ödəmədən ölkəyə buraxılmır. Çap avadanlıqlarının gətirilməsi də çox mürəkkəb məsələdir, burada gömrük təkcə ƏDV ilə kifayətlənmir.

Demək, kitab istehsal edildiyi avadanlıqlar ölkəyə gətirilərkən, ƏDV ödəyir, istehsal edilərkən materiallara görə ƏDV ödəyir və satılarkən ƏDV ödəyir.

Məhz bu səbəbdən bizim kitabın qiyməti baha, sayı az, keyfiyyəti aşağıdır. Məhz bu səbəbdən regionlara kitab getmir, kitabxanalar dağılıb, kitab dükanları yoxdur.

Əgər, yalnız kitab kağızı və kitabın satışı ƏDV-dən azad olarsa, kitabın maya dəyəri enər, sayı artar, ən nəhayət, kitabı nəşr edilən müəlliflər qonorar alar.
Mən bu ƏDV-ni yazıçı vergisi adlandırardım. Çünki ƏDV-dən azad olunmuş kitabların siyahısında uşaq ədəbiyyatı və dövlət əhəmiyyətli nəşrlərə yer verilib. Belə çıxır ki, sıravi yazıçının əsəri dövlət əhəmiyyətli deyil. Ona görə də onlara ƏDV tətbiq edilir. Ya da, ümumiyyətlə, bu elə Azərbaycan yazıçısına tətbiq olunan bir vergidir. Əgər kitab üzərində ƏDV olmasa, həmin pulu elə Azərbaycan yazıçısının özünə də ödəmək olar.

Bilirsiz, Heydər Əliyev dövründə Prezidentin fərmanı ilə qəzet kağızında ƏDV ləğv olundu. Bu, qəzetlərə dəstək idi. Bu gün isə kitab üzərində ƏDV qalıb. Biz də bir vətəndaş olaraq qanunyaradıcı prosesdə iştirak haqqımızdan çıxış edərək bu təşəbbüsə qoşulmuşuq. Təşəbbüs daha çox Yazıçılar İttifaqınındı. Bildiyiniz kimi orda Dəyirmi masa olmuşdu və Milli Məclisin üzvləri də iştirak edirdi. Mən demirəm ki, Azərbaycan kitabının problemi 100 faiz ƏDV ilə bağlıdır, amma hər halda problemlərdən biri də məhz ƏDV-dir. Bunun da konkret həll olunma ünvanı var. Bu da parlamentdir, Azərbaycan dövləti bunu həll etməlidir.

İlqar R:

Nə dərəcədə inandırıcıdır ki, burda məqsəd oxucunun və yaxud yazıçının mənafeyidi nəinki nəşriyyatın? Bunu necə inandırmaq olar?

Şahbaz X:

- Nəşriyyat, oxucu və yazar - bu üç komponent bir yerdədir. Adətən deyirlər ki, nəşriyyatın marağıdır, ona görə bunu irəli sürüb. Mən isə deyirəm ki, bu, yazıçıların öz marağıdır. Yazıçının gücü nədədir? Onun yazdığı kitabın daha çox tirajlanmasında, daha çox oxucu əldə etməsində. Əgər beynəlxalq
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
səviyyədə yazıçıya 3 min tiraja 7-8 faiz qonorar verilirsə, 15 min tiraja artıq 15 faiz qonorar verilir. Bu mənada Azərbaycan yazıçısının kitabı Azərbaycanda daha çox satılarsa, o daha çox qonorar almış olar. Biz bu 18 faizin yazıçıya verilməsi haqqında da düşünərik. İndi yazıçılara nə qonorar verilir, nə kitabları nəşr olunur. Belə bir şəraitdə ƏDV ləğv olunarsa, ilk növbədə bu, yazıçıların halına təsir göstərəcək, nəinki nəşriyyatların və kitabçıların. Hərçənd, mən yenə deyirəm ki bu üç komponenti bir-birindən ayırsam, qərəzli olaram.

İlqar R:

Mən eyni sualı Nigar xanıma da vermək istəyirəm. ƏDV götürülür və kitab satılır. Kimə daha çox xeyri olur? Yazıçıya, yoxsa kitab mağazasına?

Nigar K:

Mən Şahbaz bəyin söylədiklərinə dəstək verirəm. ƏDV ləğv olunsa, kitabların tirajı artacaq, müəlliflər qonorar qazanacaq və müəlliflərin artıq marağı olacaq ki, maraqlı, yaxşı kitab yazsınlar. Kitablar daha yaxşı satılacaq, oxucular daha yaxşı oxuyacaq. Bu bax belə bir gözəl zəncirdir. Bu təklif yalnız yaxşılığa doğru təklifdir. Hazırda isə ƏDV-ni oxucularımız ödəyir və mən inanmıram ki, bu, ədalətli bir şeydir. Belə olmamalıdır. Rəqəmləri deyim: Azərbaycanda - 9 milyonluq ölkədə cəmi 10 kitab dükanı var. Mən hesab edirəm ki, Azərbaycanda məndən, Şahbaz bəydən dıə qat-qat ağıllı adamlar var və onlar da bu işi inkişaf etdirə bilərdilər, amma eləmirlər, çünki bilirlər ki, maraq yoxdu, gəlirsiz, uğursuz bir işdir. Heç kəsin marağında deyil kitab dükanı açmaq. Mən isə istəyirəm ki, elə bir mühit yaransın ki, hamının marağı olsun. Hamı istəyir, amma xəyal, arzu kimi istəyirlər. Niyə olmasın? Niyə on dükan olmalıdır? Qoy yüz olsun, min olsun kitab dükanlarının sayı, oxucuların sayı artsın. Çingiz Abdullayev statistika açıqladı ki, Azərbaycanda cəmi 11 faiz oxucu var, hətta o deyir, bunu şübhə ilə yanaşır.

İlqar R:

Yunus bəy, ƏDV tətbiq olunsun, ya olunmasın. Şahbaz Xuduoğlu və Nigar Köçərli deyirlər ki, ƏDV kitab alan şəxsin ödədiyi artıq puldur. Siz necə fikirləşirsiz?

Yunus O:

Mən elə fikirləşmirəm. Məncə, Şahbaz bəy yeganə naşirdir ki, sifarişlə kitab çap edir və ondan müəyyən gəlir qazanır. Amma baxın görün Azərbaycanda nə qədər kitab dərc olunur və onların hamısı "Qanun" nəşriyyatında dərc olunmur. Əslində qanunvericiliyin işlənməsi və ona nəzarət vacibdir. Mənim altı kitabım Türkiyədə dərc edilib. Onlar gözləyirlər ki, mən yazım, onlara göndərim. Onlar pulsuz tərcümə edib, dərc edirlər. Məni kitab sərgilərinə çağırırlar, üstəlik yol pulumu da, faizimi də verirlər. Burda naşirlər ƏDV-dən daha çox, yaxşı kitabların çapında maraqlı olmalıdırlar.

Şahbaz X:


Yunus bəy, Türkiyədə ƏDV varmı kitab üzərində?

Yunus O:

Təbii var, amma nə qədərdir, bilmirəm.

Şahbaz X:

Orda 4 faizdir ƏDV, bizdə isə 18 faizdir. Gürcüstanda, Niderlandda, Böyük Britaniyada sıfır faizdir, əksər ölkələr, hətta Sovet məkanındakı ölkələr də kitabdan ƏDV-ni götürüb. Mən hesab etmirəm ki, bu Azərbaycan dövlətinin bilərəkdən, məqsədli yürütdüyü siyasətdir. Məncə bu, Azərbaycan hökumətinin, sadəcə, unutduğu bir məsələdir və biz bunu diqqətə gətirib parlament səviyyəsinə qaldırırıq ki, məsələyə baxıb kitab mədəniyyətinə dəstək versinlər.

Yunus O:

Bu, nəyi dəyişəcək? Azərbaycanda naşirlər heç bir kitaba sifariş vermirlər, sən kitabı yazıb aparıb verirsən pulunu, dərc olunandan sonra da onu özün yığıb özün satışı ilə məşğul olursan. Fakitiki olaraq özün həm müəllif, həm də menecer olursan. Mənim "Nadir şah" kitabım ingilis dilində Londonda dərc olunub. Heç mən onların üzün görməmişəm. Üç aydan bir onlar nə qədər pul yığılırsa, çeklə göndərirlər və mən banklardan birindən o pulu alıram. Söhbət bundan gedir ki, yaxşı əsər olmalıdır və naşirlər həm də kitabın reklamı ilə məşğul olmalıdır. Mən sizə bir nümunə deyim: keçən il Türkiyədə İsgəndər Palanın "Şah və Sultan" kitabı çıxdı. 20 metrlik bir binanın üstündən reklam asmışdılar. Yazılmışdı ki, bu kitab sünnilər üçün deyil. Təsəvvür edin, bu da bir reklamdır və kitab iki dəfə yüz minlik tirajla basıldı. Bax belə şeylər var və bunu naşirlər edirlər. Müəllif kitabı yazır, qaçır mətbəəyə, redaktəsiylə, menecerliyi ilə məşğul olur. Yəni ƏDV dəyişsə, lap dörd faizə də eləsək, naşirlərdə nə dəyişəcək? Söhbət bundan gedir. Heç bir şey dəyişməyəcək, onlar qazanmaq istəyəcək, müəlliflər aparıb kitablarını öz pullarına çıxarıb, kommersiya işləri ilə məşğul olacaqlar. Amma bununla razıyam ki, Azərbaycanda bütövlükdə iki mindən çox kitab mağazası olmaldır.

Ilqar R:

Yunus bəy, ƏDV götürülsə, hətta heç nə dəyişməsə belə, Azərbaycan Gürcüstana, digər yaxın respublikalara heç olmasa faizdə uyğunlaşsa, bu yaxşı olmazmı sizcə?

Yunus O:

Mən etiraz etmirəm, olsun. Amma bu, götürülsə, naşirlərdə nə dəyişəcək? Naşirlər qəbul etdikləri kitabın reklamı, satışı, menecerliyi ilə məşğul olmalıdırlar. Əgər bunu etməyəcəklərsə, ƏDV-ni götürməyin heç bir mənası yoxdur.

Şahbaz X:

Bizim üç layihəmiz var. Biz yazarlardan kitabı alırıq, öz hesabımıza nəşr edib, özümüz təbliğatı ilə məşğul oluruq və s. Bunlar arasında Aqil Abbasın, Kamal Abdullanın da kitabları var. Bu bir nəsildir. Digər bir nəsil isə daha gənc nəsildir. Biz onların kitabını pulsuz nəşr edirik, biz onların hansını ikinci dəfə nəşr ediriksə, onlara qonorar veririk. O cümlədən "Birinci kitab" seriyası var ki, bu ilk dəfə yazan gənclərin kitablarıdır, 500 tirajla nəşr olunur dəstək üçün. Bu da nəşriyyatın hesabına dərc olunur. "Qanun" nəşriyyatı kiçikdir, imkanları da azdır. Nə bir nə yardım, nə qrant, nə də dövlət dəstəyi olmadan öz hesabına Azərbaycan kitab mədəniyyətinə öz tövhəsin verir. Biz bu işi
Aqil Abbas
Aqil Abbas
bacarırıq bunu inkişaf etdirmək barədə düşünürük və bunu inkişaf etdirmək üçün addımlar atırıq və addımlardan biri də ƏDV-nin kitab üzərindən götürülməsidir

İlqar R:

Nigar xanım, siz necə düşünürsüz, Yunus Oğuzun reklam barədə dediklərini bir kitab mağazası olaraq edə bilirsinizmi?

Nigar K:

Yunus bəylə tam razıyam, əslində bu, biabırçılıqdır. Bizim çox dəyərli yazıçılarımız var, nəyə görə oturub yaradıcılıqla məşğul ola bilmirlər. Yunus bəy düzgün dedi - məcburdurlar menecerlik etməyə, kitabı öz puluna çap edib, satışa verib, pulları yığırlar, belə olmamalıdır. Belə düzgün deyil. Yazıçı yalnız öz kitabını düşünməlidir. Qalan işləri nəşriyyat və kitab dükanları görməlidir. Söhbət ondan gedir ki, biz "Əli və Nino" kitab evi ƏDV ödəyirik. Bizi ƏDV-dən azad etmirlər. Mexanizm belədir ki, biz işlədiyimiz yazıçılardan tələb edirik ki, onlar bizə sənəd versinlər ki, onlar ƏDV-ni ödəyiblər. Bunu kim edər? Axı yazıçılar yazıb, özləri öz hesablarına çap edirlər. Hələ bir mənim də yanıma gələndə mən onlardan sənəd tələb edirəm. Qanunvercilik bunu tələb edir, ya sənəd verməlisən, ya da mən sənin kitabını qəbul edə bilmərəm. Bu, absurd vəziyyətdir belə olmamaldır, amma biz qanunu da poza bilmərik. Çıxılmaz vəziyyətdəyik, bu pulu oxucu ödəyir. Mən istəyərəm ki, Yunus Oğuzu və digər dəyərli yazıçıları yükləməyək. Qiymətin üstünə 18 faiz gəlməyək. Əlbəttə, yazıçılar istər ki, hər kəs alsın onun kitabın. Bu bizim də missiyamızdır. Bizim Facebookda 25 minə yaxın izləyicimiz var. Bu cür təbliğat heç yerdə yoxdur, amma vəziyyət dəyişmir, oxumurlar kitab. Dövlət bir dəstək verib göstərməlidir ki, bu cəmiyyətə kitab lazımdır. Yaxşı olardı ki, gələcəkdə kitabla bağlı dövlət proqramı olsun. Amma hələ ki real və konkret addımdan söhbət gedir ki, ƏDV ləğv olunsa, bu, çox gözəl bir addım olacaq.

İlqar R:

Şahbaz Xuduoğlu bu yaxınlarda "ƏDV-ə yox deyək, kitaba dəstək verək" təşəbbüsü ilə çıxış edib bu işi necə görmək barədə deputatlara müraciət edib. Biz paralmentdə bu haqda deputatlardan soruşduq. Dedilər ki, məsələni ictimailəşdirəcəklər.

Aqil A:

- Məsləhət oldu ki, bu məsələni Milli Məclisdə qaldıraq. Yəqin ki, deputatlar bunu edəcəklər. Sonra onu yazılı bir şəkildə təqdim edəcəyik komissiyaya ki, plenar iclasa çıxarılsın. Bu da müəyyən vaxt aparır. Ən aşağısı 6 ay aparacaq bu məsələ. Məsələni qaldıacağıq, depuatatlar həmrəydirlər. Təbii ki mən istəyərəm kitablar ucuz satılsın, oxucu ala bilsin. Sovet dönəmi ilə müqaisəli götürsək, kitablar çox bahalaşıb. Üç manata kitab tapmaq olmur. İstəyərik ki, kitablar ucuz satılsın. ƏDV qəzetlərə necə tətbiq olunursa, kitaba da elə tətbiq ediləcək. Özü də mən inanmıram ki, bundan yazıçı qazansın, məni yazıçıdan çox oxucunun qazancı maraqlandırır. Mənim qazancım o olacaq ki, məni oxuyacaqlar. Mən inanıram ki, bütün ziyalılar bunu dəstəkləyəcəklər. Parlamentdən başqa prezidentə də müraciət edəcəyik. İnanıram ki, möhtərəm prezidentimiz yerinə yetirəcək bu arzumuzu.

Yunus O:

Mən sual vermək istəyirəm: Şahbaz bəy əmindirmi ki, ƏDV-ni götürdükdən sonra kitab satışı 500 tirajdan 2000-ə qalxacaq və o kitab alınacaq?

Şahbaz X:

Mən bayaq o coğrafiyanı cızdım. Əgər kitab üzərindən ƏDV götürülərsə, bu
İlqar Rəsul (sağda)
İlqar Rəsul (sağda)
gün 500 tiraj çıxırdısa, 1500 tiraja qalxacaq, əgər yalnız Bakıda kitab satılırsa, sabah Naxçıvana, Gəncəyə və Azərbaycanın bütün regionlarına kitab gedib çıxacaq. Kitab 5 manata yox, 3 manat 80 qəpiyə enmiş olacaq. Demək istəyirəm ki, kitab bu prosesdən ancaq udacaq və kitab mədəniyyətinə böyük bir xidmət edəcək. Burda söhbət ümumlikdə kitab mədəniyyətinin inkişafından gedir.

Nigar K:

Mən də kitab şəbəkəsinin rəhbəri kimi söz verirəm ki, ƏDV ləğv olunanda qiymətlər dərhal 18 faiz aşağı enəcək. Kitablar daha yaxşı satılacaq.

İlqar R:

- Yunus bəy, sizin kitablar satılırmı?

Yunus O:

"Nadir şah" artıq bitib, "Təhmasib şah" az qalıb. Mən xərc çəkdiyim kitabların demək olar ki, heç birində zərərlə işləmirəm. Bayaq dedim, yenə deyirəm ki, mən pulumu vermişəm, naşir də çap edib.

Şahbaz X:

Siz pulu vermisiz naşir nəşr edibsə, o artıq naşir deyil. Mən bilirəm ki, "Nadir şah" yaxşı satılır, amma o kitaba baxanda görürəm ki, daha çox hədiyyəlik kitabdır, nəinki oxumaq üçün. Bir naşir olaraq daha başqa cür, daha çatımlı, daha çox tirajla çap etmək olardı o kitabı ki, qiyməti daha aşağı olsun. Naşirlik o deyil ki, yazçı gəlib pulunu verir və kitabını nəşr etdirir. Naşir yazıçını tapmalıdır.

Yunus O:

Şahbaz bəy, təəssüflər olsun ki, sizdən başqa heç kim axtarmır. Hələ mənim öz əməyim, bunun redaktəsi, yazılması, səhifələnməsi və s. var. Son variant gedir naşirə, kitabı götürəndən sonra və kitab hazır olandan sonra bunu aparıram Nigar xanıma ki, Nigar xanım, mənim 10 manat xərcim çıxıb. Nigar xanım da üstünə 2-3 manat qoyacaq olacaq 12-13 manat. Nə qədər ki naşirlər kitabları özləri sifariş vermirlər belə olacaq. Mən İstanbulda kitab sərgisində oldum, kitab sərgisinin ucu-bucağı yox idi. Üç yüz min adam girib çıxa bilirdi. Bələdiyyələr özləri avtobuslar tutub insanları pusluz aparırdılar sərgiyə. Mən baxdım ki, bir-iki kilometrlik sıra var.

İlqar R:

Yunus bəy, hər halda görürsüz, yerli özünüidarəetmə orqanlarının dəstəyi var kitaba. Ən azı avtobuslar təşkil edirlər. Bəlkə ƏDV-nin götürülməsi də bu dəstəyin bir hissəsidir?

Yunus O:

Əgər bundan sonra insanları kitab oxumaq mədəniyyətinə alışdıra biləcəyiksə, təbii, xeyir-dua verirəm. Amma fikirləşmirəm ki, təkcə ƏDV-ni götürməklə nəsə dəyişəcək.

Nigar K:

Təbii ƏDV-ni götürməklə hər şey dəyişməyəcək. Amma ən azı bu addımı ataq. Çünki bu, çox böyük bir dəstəkdir

Yunus O:

Ortada insan faktoru var. Məsələn, yadınızdadırsa, SSRİ vaxtında qəzet almaq üçün insanlar növbəyə dururdular. Növbə 15-20 metr olurdu, insanlar metrolarda kitab, qəzet oxuyurdular. Amma bu gün təsadüfi hallarda metroda görərsiz ki, kimsə qəzet, kitab oxuyur, ya da kompüter çıxarıb nəsə oxuyur, işinə gedənə qədər. Əgər kimsə kompüter çıxarırsa, ya oyun oynayır, ya da kiminləsə yazışır. Kitab oxumaq mədəniyyəti aşağıdır bizdə. Ortada insan faktoru var, onu necə döndərə bilərik kitab oxumağa?

Şahbaz X:

Kitab oxuyan adam nə zaman ki, Azərbaycanda öz qabiliyyətinə görə istəklərinə nail olacaq, o zaman kitaba da böyük hörmət qayıdacaq. Kitab gərək qalib olsun. Hər yerdə kitab yazanı, kitab satanı təhqir edirlər, aşağılamaq istəyirlər. Bu münasibət dəyişərsə, kitaba münasibət də dəyişər.

Bir də hər şey təhsillə bağlıdır. Azərbaycanda təhsil nə qədər ki bu formada
eybəcərliyini qoruyub saxlayacaq, biz kitaba hörmət görə bilməyəcəyik. Uşaqlar hər şeydən danışırlar - kitabdan başqa. Nə qədər ki, yazıçılar universitetlərə gedib çıxa bilmirlər, ya da universitetlərdə kitabarı təbliğ edə bilməyəcəyik, kitaba hörmət olmayacaq. Biz dəfələrdə gənc yazıçılarla görüş keçirmək istəmişik, qoymayıblar.

Nigar K:

Ötən il Elif Şafak 3 milyon avro, Orxan Pamuk 5 milyon avro qonorar qazanıb. Niyə bizdə belə olmasın? Lap üç milyon yox, 300 min olsun. Niyə yazıçılar pul qazanmasınlar. Götürək Yunus Oğuzun kitablarını. Tarixi roman janrı məhşur janrdr. Aqil Abbas, Sabir Rüstəmxanlı, vaxtı ilə Ordubadi yazıb bu janrda. Bu janr dünyada da məhşurdur. Niyə yazıçılarımız hətta gənclər də yaxşı pul qazanmasınlar? Nə vaxta qədər belə olacaq? Nəsə dəyişməlidir. Söhbət təkcə nəşriyyatdan getmir. Əlbəttə nəşriyyatın borcudur, kitabı təbliğ etməlidir. Amma inandırım sizi, tutaq ki, “Qanun” nəşriyyatı bir yazçının portretini binalardan assa da, heç nə dəyişməyəcək. Münasibəti dəyişib, mühit yaradılmalıdır.

İlqar R:

Yunus bəy, sizə səlahiyyət verilsə, kitab üçün mühit yaranması üçün nədən başlayardız?

Yunus O:

İnsanlar bu məsələni qaldırıblar və bu problemin üstünə yeriyirlərsə, bunu ancaq alqışlamaq lazımdır. Onlara uğurlar arzulayıram. Mən öz kitablarımın meneceri olaraq ilk növbədə televiziyada, radioda, qəzetdə reklam edirəm. Təbliğati yazılar yazılır - kitab çıxamazdan əvvəl, sonra və s. Əvvəl fikrim vardı metrolarda da aparım bu işləri, şəhərin bir neçə yerində kitabın reklamın asdıram. İnsanlar alışmalıdır ki, Azərbaycanda yaxşı əsərlər var. Bu gün həqiqətən yaxşı əsərlər var, amma onların reklamı yoxdur. İnsanlar televiziyada seriala baxırlar, amma qəzet oxumurlar çoxu. O gün bir jurnalist gəlib işə düzəlmək istəyir, deyirəm axırıncı dəfə hansı qəzeti, hansı kitabı oxumusan, dinmir. İnsanları oxumağa alışdırmaq və maraqlandırmaq lazımdır.

İlqar R:

Şahbaz bəy, bəlkə ƏDV elə axırıncı işlərdən biridir, ona qədər daha çox işlər görmək lazımdır?

Şahbaz X:

Yox, mən deyərdim ki, ƏDV birinci işlərdən biridir. Bununla yanaşı gördüyümüz başqa işlər də var. Kitab klubu var. "Əli və Nino" kitab evinin layihəsidir, mən də orda iştirak edirəm. Orada hər bazar gənclər yığışıb bir kitabı müzakirə edirlər. Bundan başqa ideyalar da var. Məsələn, kitab oxuma teatrı ideyası var, yəqin ki ideya gerçəkləşəcək. Oxu yarışları keçirilməlidir. Kitabın təbliğatı ilə hər yerdə hər zaman məşğul olurlar. Bu bizim işimizin tərkib hissəsidir. Sadəcə, bu günkü işimiz bilavasitə qanunyaradıcı prosesə müdaxilə edib qanun dəyişikliyinə nail olmaqdır.

İlqar R:

Məsələni qaldırmaq həll eləmir, gərək deputatlar qanun qəbul eləsinlər. Dediniz ki, universitetlərdə görüş və s... Bir dəfə də bir söhbətimiz olmuşdu ki, teatrda sərgiləmək kitabı. Bəs çimərlikdə belə sərgilər, layihələr etmək necə?

Şahbaz X:

Çimərlikdə etməyi keçən yay düşündük. Onun üçün müəyyən işlər lazımdır. Gərək ayrıca adam olsun maşın olsun getsin, gəlsin. Bu layihə gəzən kitab dükanlarıdır. Bu barədə də fikirlərimiz var, yəqin ki reallaşdıracayıq. Bizim peşə fəaliyyətimizlə bağlı nə varsa, edirik yavaş yavaş. Əmin olun ki, bir il öncəki vəziyyət deyil Azərbaycanda. "Oxu zalı" da 2 il əvvəl yaranıb və uğur qazanmış layihədir. Kulis.az, Ann.az və s. çoxlu saytlar var ki, kitabla bağlı yaranıb. Kitab artıq cazibə qüvvəsinə çevrilməyi bacarıb. Kitab cazibə qüvvəsidir. Bunun özü bizim nailiyyətimizdir. Bizim dediyimiz ƏDV layihəsinə isə təəssüflər osun ki, Vergilər Nazirliyi başqa yöndə münasibət bildirib. Biz nazirliyə bu barədə müraciət etməmişik, parlamentə, ziyalılara, yazıçılara müraciət etmişik.

İlqar Rəsul:

Biz istədik ki, proqrama Vergilər Nazirliyindən də nümayəndə gəlsin, otursun sizinlə birgə aydınlaşdırsın məsələni. Bəlkə doğrudan da bunu götürmək Azərbaycan vergisi, maliyyəsi üçün ciddi fəsadlar törədər. Əvvəl dedilər gələrik, amma sonra dedilər ki, qoşulmaq istəmirik, sosial şəbəkədə bu barədə açıqlama vermişik. Orda deyilir ki, dövlət uşaq ədəbiyyatı, təhsil və dövlət əhəmiyyətli nəşrləri ƏDV-dən azad edib. Bu təşəbbüsü qaldıranlar isə oxucunun yox, öz maraqlarını güdürlər. Təxminən belə bir caavab veriblər.

Şahbaz X:

Bizim marağımız var. Bizim marağımız Azərbaycan kitabıdır, Azərbaycanın gələcəyi, gəncliyidir, Azərbaycan ədəbiyyatıdır. Nəyə görə Gürcüstan kimi balaca bir dövlət nəinki ƏDV-dən azad edir xüsusi bir proqramla öz kitabını, hətta onu xarici dilə də tərcümə edib yayır. Azərbaycanda deyirik Nizami Gəncəvi dahidir, biz onu, Füzulini, Axundovu hansısa xarici bir dilə tərcümə etmişik mi? Bunlar hamısı dövlət proqramı, maliyəsi hesabına olmalıdır. Bizim istəyimiz odur ki, Azərbaycan kitabı inkişaf etsin. Ermənistan Frankfurt Kitab Sərgisində 25 kv. metr, Gürcüstan 200 kv. metr ərazidə sərgi açdığı halda Azərbaycan kitabı cəmi 8 kv metrə sığışır.

İlqar R:

Ortada olan odur ki, kitabla işləyənlər gəlib bu məsələni studiyada müzakirə edirlər, vergi ilə işləyənlər isə bu məsələdən danışmaq istəmədilər. Hər halda səbəbləri olmamış deyil.

Nigar K:

Vergilərin cavabı bir az sərt oldu məncə. Şahbaz bəy də dedi, biz Vergilər Nazirliyinə müraciət etməmişik. Sadəcə bu, cəmiyyətdən gələn təşəbbüsdür. Biz demirik ki, nəyəsə etiraz edirik.

Şahbaz X::

Biz təşəbbüs irəli sürürük, istəyirik müzakirə olunsun və qanunda dəyişiklik edilsin. Biz yaxşı bilirik ki, qanunda dəyişikliyi Vergilər Nazirliyi etmir, bu, Parlamentin və Prezidentin təşəbbüsü ilə olur.


PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ
XS
SM
MD
LG