Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:31

AMİP «erməni soyqırımı»na dair qanuna etiraz edir


Dekabrın 26-da Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Aksiyası zamanı Fransa əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçıları bildiriblər ki, Fransada «erməni soyqırımı» haqda qanun tam qüvvəyə mindiyi təqdirdə Azərbaycan hakimiyyəti Fransa ilə ikitərəfli münasibətlərə son qoymalıdır.

Polis aksiyaya müdaxilə etməyib. Aksiyaçılar qətnamə oxuyublar və onu səfirliyin əməkdaşlarına təqdim ediblər.

Dekabrın 22-də Fransa Milli Assambleyası «erməni soyqırımı»nı tanımayan vətəndaşların cəzalandırılması haqda qanun layihəsini qəbul edib. Təklifin qanuni qüvvəyə minməsi üçün onu Fransa parlamentinin yuxarı palatası – Senat da təsdiqləməlidir.
XS
SM
MD
LG