Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:33

M.Bryza: «Azərbaycanda ərəb baharı üçün şərait görmürəm» (VİDEO)


ABŞ-ın Bakıdakı səfiri jurnalistlərin suallarına cavab verir
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid

Bugünlər Vaşinqtona dönməyə hazırlaşan ABŞ-ın Bakıdakı səfiri Mathew Bryza dekabrın 29-da jurnalistlərin suallarına cavab verib.

-

ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirdi ki, Xəzərdə təhlükəsizlik infrastrukturunun yaradılması prosesi sürətlənib. ABŞ Azərbaycanla əməkdaşlıq çərçivəsində Sahil Mühafizəsinin yaradılması və möhkəmləndirilməsinə dəstək verib.

Əfqanıstana yüklərin çatdırılmasında əməkdaşlıq gücləndirilib. Üstəlik, hər il 5 minə yaxın ABŞ təyyarəsi Azərbaycanın hava dəhlizindən istifadə edərək Əfqanıstana yük daşıyır.

«BU MÜNAQİŞƏNİN HƏRBİ YOLLA HƏLLİ YOXDUR»

Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən ABŞ səfiri dedi ki, bu il prezidentlərin Kazan görüşlü mühüm əhəmiyyət kəsb edib:

«Bu görüşdə proseslər nəinki yavaşıyıb, əksinə, hər iki tərəf, xüsusilə Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərə aydınlıq gətirilib. İnanıram ki, bu tərəflərin bir araya gəlməsinə rəvac verib. Yeni ildə prezidentlərin yenidən görüşəcəyinə inanıram. Həmişə demişəm ki, bu münaqişənin hərbi yolla həlli yoxdur».

Matthew Bryza oktyabr ayında Azərbaycan və Türkiyə arasında qaz alqı-satqısına dair müqavilə imzalanmasını alqışlayıb. Deyib ki, bu saziş Azərbaycana qoyulan investisiyaların həcminin artmasına təsir edəcək.

O, həmçinin qeyd edib ki, «Cənub qaz dəhlizi» layihəsi təkcə Cənubi Qafqaz üçün deyil, bütün Avropa üçün tarixi rol oynaya bilər:

«Çünki bu layihə qaz bazarının inhisara alınmasının qarşısını almağa kömək edəcək və onun reallaşmasından bütün tərəflər udacaq».

«BİZ AZƏRBAYCAN HÖKUMƏTİNİ HƏVƏSLƏNDİRMƏK ÜÇÜN...»

Daxili islahatlar sahəsi haqqında danışanda cənab Bryza Eynulla Fətullayevin və Cabbar Savalanın azad olunmasını müsbət qiymətləndirib:

«Biz Azərbaycan hökumətini buna həvəsləndirmək üçün aylarla işlədik».

Səfir demokratiya, insan haqları sahəsində daha çox addımların atılacağına ümid etdiyini bildirdi.

Jurnalistlərin suallarına cavabında isə ABŞ səfiri Azərbaycanda ərəb baharı tipli hadisələrin baş verəcəyini düşünmədiyini dedi:

«ABŞ insanların ümumbəşəri hüquqlarını dəstəkləyir. Bura sərbəst toplaşma, söz, ifadə azadlıqları daxildir. Ancaq biz inqilabı, eyni zamanda onun yayılmasını dəstəkləmirik.

Şəxsən mən düşünmürəm ki, Azərbaycanda ərəb baharı üçün şərait var. Burada amillər fərqlidir. Tunisdə və Misirdəki insanların acınacaqlı iqtisadi vəziyyəti buradakından fərlidir. Amma bunların arxasında duran səbəblər təkcə iqtisadi vəziyyət deyildi.

Fikrimcə, Azərbaycan hökuməti daxilində çox parlaq zəkaya malik insanlar var ki, onlar cəmiyyətin daha da liberallaşdırılmasını, cəmiyyətin daha da müasirləşdirilməsinin vacibliyini anlayırlar.

Təhsil sistemində islahatların aparılmasının əhəmiyyətini anlayırlar ki, Azərbaycanda tənqidi təfəkkürə malik gənc nəsil yetişə bilsin».

Səfir daha sonra dedi:

«Mən Azərbaycanda cəmiyyəti liberallaşdırmaq səylərini, təhsilin inkişafına yönəlmiş addımları, iqtisadiyyatı daha da gücləndirmək üçün yeni imkanlar yaratmaq cəhdlərini hiss edirəm».

Matthew Bryza dedi ki, səfir postuna namizədliyi təsdiqlənməsə, yanvarın 3-ə qədər Vaşinqtona qayıtmalı olacaq.
XS
SM
MD
LG