Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:44

İranla sərhəddə yenə basırıqdır


Azərbaycan. Astara keçid məntəqəsi
Azərbaycan. Astara keçid məntəqəsi
Yeni ilin ilk günlərində İrana getmək istəyənlərin sayı artıb. Səhər saatlarında Astara keçid məntəqəsinin önündə olarkən bunun şahidi olduq. Girişdə 4 qapı var. Ortada barmaqlıqlarla əhatə olunmuş yol saxlanıb. Qapıların qarşısında yüzlərlə adam toplaşıb. Qapıların biri açılan kimi qaça-qov düşür. Belə anlarda ayaq alta qalanlar da olur. Arabir Azərbaycan tərəfə keçən iranlılara da rast gəlmək mümkündür. Azərbaycana gələn iranlılar əsasən paytaxta üz tuturlar.

Taksi sürücüləri Bakıya getmək istəyən iranlıları yaxşı tanıyırlar. Sahib adlı taksi sürücüsü deyir ki, İranda müharibə qoxusu olduğundan onlar Bakıya ev almağa gedirlər. Qalanları isə Azərbaycandan yük götürüb geri qayıdan kasıb İranlılardır. Onların yük keçirilməsinə nə Azərbaycan nə də İran gömrüyü mane olur. Hər bir iranlı öz ölkəsinə təxminən 50-60 kiloqran yük aparır. Yükün hər kiloqramına 4-5 manat pul verirlər.

Lakin bunu keçiddən istifadə edən Azərbaycan vətəndaşları haqqında demək olmaz.

Azəbaycan vətəndaşları İrana gedərkən yük apara bilməzlər. İrandan qayıdanda isə az miqdarda ərzaq malları və kənd təsərrüfatı məhsulları gətirməyə icazə verirlər. Bir sözlə İrana getmək istəyənlər ən müxtəlif maneələrlə üzləşirlər. Bunu onlar özləri də deyir:
«MONOPOLİSTƏ SƏRF ETMİR»
- Şərait yaratsınlar çamaat rahat getsin. Saatlarla çəkir.
- Belə şey olar. Beynəlxalq qapıdır. Qayda yaratsınlar.
- Vəhşilkdir. Heç bir ölkədə belə deyil. Vəhşilik. Bunu kim edir? Bu vəziyyətə salıblar çamaatı. Camaat məcburdur, gedir. 200 nəfər cəmi adam buraxırlar. Bunları indi geri qaytaracaqlar. Mal az gətirsinlər, monopolistə sərf etmir. Camaat gedir özü üçün meyvə gətirsin. Gedib bir az ərzaq gətirir.
Polislər və sərhədçilər kənarda duraraq hadisələrin gedişini müşahidə edirlər. Onlar heç bir hadisəyə qarışmırlar. Dəmir qapıların biri açılanda hərəkətə gəlirlər. Tanış adamlarını içəriyə ötürürlər. Saatlar keçir, adamların sayı durmadan artır. Bir neçə nəfər dəmir barmaqlıqlara dırmaşaraq gömrüyün həyətinə keçmək istəyir.
Astara rayon sakini Elçin İbrahimli deyir ki, keçid məntəqəsinin qarşısında vəziyyət həmişə gərgin olur. O bildirir ki, keçid məntəqəsinin önündə alver mərkəzi yaradıblar:
«Dəllalları ora qoyublar, onlar vətəndaşlara yaxınlaşır və hərə öz təkilifini verir, 20 manata, 30 manata, 40 manata keçirtmək üçün. Qoçu dəstələri yaradıblar. Bir il ərzində Astara sakinlərini, qonaqları neçə dəfə, eşitmişik ki, döyüblər. Çənələrini sındırıblar. Onlara qarşı heç bir tədbir görülməyib».
Astara
Astara
Elçin İbrahimlinin sözlərinə görə, keçid qapısın önündə baş verən belə hadisələr insanların normal şəkildə qonşu ölkəyə getməsinə imkan vermir. Üstəlik bayram günlərində İrana getmək istəyənlərin sayı artır. Qapının önündə yüzlərlə adam toplaşır.
Astara rayonun digər sakini Asən Həşimli də Astara keçid məntəqəsinin önündə dözülməz şəraitin olduğunu deyir:
«Xüsusi qoluzorlu admaları, idmançıları yığıblar ora, əhaliyə qarşı zor tətbiq edirlər. Bunun da məqsədi istədikləri adamları, yəni kim pul verirsə o adamları İrana keçirməkdir. Kim ki, qayda qanunu tələb edir o adama qarşı zor tətbiq edrlər. Döyürlər, incidirlər».
Rayonun güc strukturları və icra orqanları gömrüyün işinə qarışmadıqlarını deyirlər. Rayon polis şöbəsindən bildirdilər ki, keçidin önündə insanların döyülməsi halı olub. Bu ildən bununla bağlı daha ciddi ölçü götürəcəklər. Astara rayon Məhkəməsində də keçid məntəqəsinin önündə baş vermiş qarşıdurmalar zamanı zərər çəkmiş adamların şikayətlərinə baxılıdığını etiraf edirlər. Astara gömrük idarəsindən isə vətəndaşların şikayətləri ilə bağlı verdiyimiz suallara cavab vermək istəmədilər.
2011-Cİ İLDƏ ASTARA GÖMRÜYÜNDƏKİ BASA-BASDA 2 NƏFƏR VƏFAT EDİB…
Regionların iqtisadi təhlil mərkəzi»nin rəhbəri Vidadi Mirzəyev Astara keçid məntəqəsinin önündə baş verənlər barəsində onlara da çoxlu şikayət daxil olduğunu bildirir. Onun deməsinə görə, keçid məntəqəsinin önündə həmişə qalmaqallar baş verir. Son ildə basa-bas nəticəsində iki nəfər vəfat edib, onlarla adam xəsarət alıb:
«Astaradan İrana keçən əhalini əsasən iki qismə bölmək olar. Böyük əksəriyyəti İrana alver məqsədi ilə keçir. Ordan mallar gətirir, burda satır. Gündəlik çörək pulu qazanırlar. Bir qısimi isə müalicə məqsədi ilə İrana gedir. Keçid məntəqəsində bunlar üçün olduqca böyük maneələr yaradırlar. Eyni zamanda iranlılar da Azərbaycan tərəfinə keçirlər. Mal gətirib- aparırlar»
Regionların iqtisadi təhlil mərkəzi»nin rəhbəri Vidadi Mirzəyev
Regionların iqtisadi təhlil mərkəzi»nin rəhbəri Vidadi Mirzəyev
Vidadi Mirzəyev deyir ki, son dövrlərdə İran tərəfi keçiddən istifadə edən vətəndaşlarımızla nəzakətlə davranılar. Halbuki, İranın gömrük məmurları vətəndaşlarımızı dəfələrlə döyüblər. Onun fikrincə bu da bir siyasətdir. Göstərmək istəyirlər ki, İran Azərbaycandan daha sivildir.
«BU KÖHNƏ SOVET DÖVRÜNDƏN QALMA REJİMDİR»
Sabiq gömrük məmuru Elman Hüsenov isə deyir ki, illər keçsə də İranla Azərbaycan arasında gömrükdə iki məsələ açıq qalır. Birincisi gömrük idarələri arsında iş rejiminin üst-üstə düşməməsidir. İranda cümə günü istirahət edirlər. Digər məsələ isə yükün çəki və həcminə fərqli münasibətdir:
«Bizdə gömrük yoxlanışı qurtarandan sonra, yenə də sərhədçi möhür vurur .Ondan sonra sərhədçi bir dəfə də yoxlayır. Bu köhnə sovet dövründən qalma rejimdir. Başqa ölkələrdə belə deyil. Əvvəl orda 4 istiqamətdə dəmir barmaqlıqlar düzəltmişdilər. Sonra mən Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova müraciət elədim ki, bu insan haqlarını alçaldan bir şeydir. Ondan sonra ikisini götürdülər. İkisini saxlayıblar ki, biri xəstələri buraxılmasından ötəridir, biri isə xarici qonaqlar üçün»
Elman Hüseynov deyir ki, gömrük qanunları xarici ölkəyə getmək istəyən hər bir kəsə şəxsi istifadəsi üçün 50 kiloqram yük ,10 min dollar pul aparmağa imkan verir. Ancaq İranla sərhəddə bu mümkün deyil.
XS
SM
MD
LG