Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:59

Ekspertlər bu videonu müzakirə edirlər (VİDEO və AUDİO)


Yol polisinin yeni il "şirinliyi"
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00
Direct-ə keçid

Bu video Bakıda - Təhsil Nazirliyinin düz yanında 2011-ci il dekabrın 31-də çəkilib. Bir neçə yol polisi əməkdaşı qarşılarına çıxan maşınların saxlayıb çox qəribə "reyd" keçirirlər...

-

“Yol polisinin sürücülərdən rüşvət alması heç vaxt dövlət siyasəti ola bilməz. Amma orta məmur səviyyəsində kimlərinsə maraqlarının olması mümkündür, realdır və bunu qəribçiliyə salmıram”.

Bu, fikirlər yol polisinin rüşvət alması ilə bağlı videogörüntüyə münasibət bildirən hakimiyyətyönlü Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruca məxsusdur:

“Bu sahədə neqativliklər var və bunu inkar etmək mümkün deyil. Buna deputat kimi mənim mövqeyim də çox sərtdir”.

Hüquqşünas Ərşad Hüseynova görə, Azərbaycan qanunvericiliyinə görə rüşvət alma kimi, rüşvət vermə də cinayət hesab olunduğundan yol polislisləri ilə yanaşı sürücülər də məsuliyyətə cəlb olunmalıdırlar:

“Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə rüşvət vermək, 311-ci maddəsi ilə rüşvəti almaq cinayətdir. Özü də videodan aydır görünür ki, heç bir zorakılıq olmadan bu hal baş verir. Yəni orda kimsə deyə bilməz ki, məni rüşvət verməyə məcbur etdilər”.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov yol polisində korrupsiyanın mövcudluğunu cəzasızlığın nəticəsi hesab edir:

“Əgər əvvəlki hallarda təkcə işdən çıxarma yox, rüşvət alan polislərlə bağlı digər cəza tədbirləri görülsəysdi indi belə hallar olmazdı”.

Sözügedən videogörüntüdə sürücülərdən rüşvət alan yol polisləri ilə bağlı araşdırmalara başlanılıb. Bunu Azadlıqradiosuna Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi indiyə qədər korrupsiya hüquqpozmalarına 30-dan çox yol polisi əməkdaşının cəzalandırıldığını deyib:

“Əgər bundan sonra belə bir addımı kimsə təzədən atırsa bunu yalnız həmin şəxslərin məsuliyyətsizliyi ilə izah etmək olar. Dəfələrlə deyilib ki, cərimələrdən gələn vəsaitin 25 faizi o əməkdaşların maaşına yönəldilir. Amma bəzən yenə də belə işçilər var. Amma hər halda barələrində müvafiq tədbir görüləcək” - deyə Kamran Əliyev bildirib.

Şəffaflıq proqramında aparılmış müzakirəni burada dinləyə bilərsiniz.



Bunlara da bax:
Bu video Daxili İşlər nazirinə təqdim edilib (VİDEO)
İlham Əliyev: «Korrupsiyaya qarşı amansız mübarizə aparılır» (VİDEO)
2011-ci ildə yol qəzalarının statistikası açıqlanıb
Polis yolda sürücüdən pul alır - VİDEO
Yol Polisi «Facebook»da
Yol polisi rüşvət almır?
Yol Polisi maşını qovur - VİDEO
XS
SM
MD
LG