Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:22

Leyla Əliyeva: "Şeirlərim çoxdur"


Prezidentin qızı Leyla Əliyeva çəkdiyi rəsmlər, yazdığı şeirlər və alpinistlik etmək planı haqda.

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bəzi yerli on-line media orqanlarının təmsilçilərinə müsahibə verib. Müsahibənin rəsmiyyətdən uzaq bir parçasını təqdim edirik.


- Rəsm çəkmək həqiqətən çox böyük ləzzətdir. Ona görə ki, bu iş insanı çox sakitləşdirir, deyərdim ki, onu ipə-sapa yatırır və nəticə ya alınır, ya da yox. Bəzən yarım il rəsm çəkməyə bilərəm, amma bir ayda beş-altı rəsm də çəkə bilərəm. Rəsm çəkməyə başlayanda bu işdən ayrılmaq sadəcə qeyri-mümkündür və nə isə başqa işlə məşğul olmaq çox çətindir. Yəqin ki, rəsm çəkənlərin hamısı bu hissləri keçirir. Bir sözlə, bu, böyük ləzzətdir, lakin uğurlu alınmayanda ilham pərisini gözləmək lazım gəlir.

Məsələn, hazırda mən uşaqlar üçün milli nağıllar kitabının illüstrasiyası üzərində işləyirəm. “Biri var idi, biri yox idi” adlanan bu kitab rus dilində çıxacaq. Bu ideya mənim üçün çox maraqlı və yaxındır, başqa işlərlə yanaşı xeyli vaxt aparır. Lakin istəyirəm ki, uşaqlar üçün nə isə məxsusi və çox maraqlı bir iş görüm.
Son həftələrdə mən Londonda keçiriləcək sərgiyə fəal hazırlaşmışam. Orada digər azərbaycanlı rəssamlarla bərabər mən də ola bilsin ki, beş-altı iş təqdim edəcəyəm.

- Leyla xanım, çox adam bilir və çoxları şahiddir ki, siz şeir yazırsınız. Şeir yazmaqda davam edirsinizmi?

- Bəli, davam edirəm, mənim şeirlərim çoxdur, sadəcə olaraq, daha onları çap etdirmirəm. Əlbəttə, kitab nəşr etmək ideyası var, lakin yəqin ki, bu, gələcəkdə olacaq. Şeir yazmaq da rəssamlıq kimidir, bir il yazmamaq, sonra isə bütöv həftəni yazmaq olar.

- Leyla xanım, siz həmişə formadasınız. Özünüzdən eşitmək istərdik, siz idmanla nə dərəcədə məşğul olursunuz?

- Yəqin ki, həddən artıq (gülümsəyir). İdman insanın özünü həm fiziki, həm də mənəvi baxımdan daha yaxşı hiss etməsinə imkan verir. Buna görə mən hər gün idmanla məşğul oluram.

Yeri gəlmişkən, hazırda qayayadırmanma idmanı barədə düşünürəm. Mənim üçün bu nə isə yeni, çox maraqlı işdir. Çünki bu, təkcə cəsarət və mərdliklə deyil, həm də daha bir yüksəkliyi fəth etmək imkanı ilə bağlıdır.

Həyatda elə olur ki, bir layihə üzərində işə başlayandan sonra həmişə onu bir sıra başqa layihələrlə yanaşı davam etdirmək lazım gəlir. Beləcə, ətraf mühitin qorunması üzrə kampaniyanı başlayandan sonra dağa qalxmaq barədə düşündüm. Qayaya dırmaşmağı öyrənməyə başladım. Bu il yayda bizim ekologiya kampaniyasının volonterləri ilə birlikdə milli zirvələrdən birinə qalxmağı planlaşdırıram.

lent.az
XS
SM
MD
LG