Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:18

İsrail və Azərbaycan: Qəribə, ancaq faydalı müttəfiqlər


Arxiv foto
Arxiv foto
-


The Economist


1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra İsrail ilə əsasən şiə müsəlmanların yaşadığı Azərbaycan arasındakı əlaqələr xeyli güclənib. Bu ölkələrin hər ikisində İranla bağlı qorxu var.
2009-cu ildə «WikiLeak»sin yaydığı ABŞ diplomatlarının məxfi yazışmalarında göstərilirdi ki, Azərbaycan prezidenti İlham Əliyev bu iki ölkə arasındakı əlaqələri aysberq kimi təsvir edir: bu əlaqələrin 10-da 9-u səthin altındadır, görünmür.
Bilinən odur ki, İsrail öz neftinin üçdə birini Azərbaycandan, Türkiyədəki Ceyhan limanından alır. Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasının üzvüdür. BMT-də İsraillə bağlı qətnamələr səsə qoyularkən Azərbaycan adətən, ərəb və müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirir. İsraillər isə deyir ki, onlar Azərbaycanın nə söylədiklərinə yox, etdiklərinə əhəmiyyət verirlər.
ÖTƏN 10 İLDƏ AZƏRBAYCANLA İSRAİL ARASINDA TİCARƏT SÜRƏTLƏ ARTIB
Ancaq iki ölkə arasındakı ticarət dövriyyəsi ilə bağlı açıqlanan rəqəmlərdə İsrailin Azərbaycana satdığı hərbi avadanlıqların məbləği əks olunmur.
2008-ci ildə Azərbaycan İsrailə rekord həcmdə - 3,6 milyard dollar həcmində neft ixrac edib. 2009-cu ildə bu göstərici 1,2 milyard, 2010-cu ildə 1,7 milyard dollar olub. Ancaq bu rəqəmlər güman ki, iki ölkə arasındakı ticarətin bütün sferalarını əhatə etmir.
Azərbaycanın nəhəng mobil provayderlərindən biri İsrail şirkətinin şərik olduğu birgə müəssisədir. İndi İsrail Azərbaycanda daha çox sahələrə investisiya qoymağa başlayıb. O cümlədən də müdafiə sənayesinə.
Mart ayında İsraillə Azərbaycan insansız təyyarə istehsal etmək üçün birgə müəssisə yaradıblar.
Azərbaycan rəhbərliyi əhalisinin dörddə biri etnik azərbaycanlılar olan İranın islamçı təsirlərindən ehtiyatlanır. İran ayətullahları isə dünyəvi Azərbaycanın İsraillə yaxınlığa görə prezident İlham Əliyevi tənqid edir. Azərbaycan rəsmiləri isə silahlı qüvvələrinin təlim görməsinə İsrailin göstərdiyi yardım barədə xəbərləri müzakirə etməyə meylli olmurlar.
Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə də Əliyevin İsraillə sıx münasibətlərindən narazıdır. Türkiyənin Bakıdakı səfiri Azərbaycan hökumətini İsraillə əlaqələri kəsməyə çağıranda isə Azərbaycan bu çağırışa elə də diqqət yetirməmişdi.
XS
SM
MD
LG