Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:00

Rusiya, Ermənistan və Azərbaycan prezidentləri görüşür


Kazan görüşü, 24 iyun 2011
Kazan görüşü, 24 iyun 2011
Yanvarın 23-ü Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü keçiriləcək.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2008-ci ildən Rusiyanın iştirakı ilə münaqişənin nizamlanmasına dair 10 görüş keçirilib. Sonuncu belə görüş 2011-ci il iyunun 24-də Kazanda baş tutub. «Son, Kazan görüşündə baza prinsiplərinin əks olunduğu layihədə mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub».

Məlumatda həmçinin bildirilir: «Atəşkəs rejiminin pozulması halları, hərbçilər və dinc sakinlər arasında itkilər və hər iki tərəfdən səslənən hərbi ritorika bizdə ciddi narahatlıq doğurur».

Rusiya münaqişə tərəflərini etimadın gücləndirilməsinin vacibliyinə inandırmağa çalışır, ziyalılar, elmi və ictimai dairələr arasında dialoqun bərpasını təklif edir.
XS
SM
MD
LG