Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:55

«Amnesty International»: Fransa Senatının qanunu söz azadlığına təhlükədir


Nicola Duckworth
Nicola Duckworth
«Fransa Senatının erməni soyqırımı iddialarını inkar etməyə görə cəzalar nəzərdə tutan qanunu söz azadlığını pozur». Bunu «Amnesty International» hüquq-müdafiə təşkilatı deyir.

«Fransada 2001-ci ildə qəbul olunmuş qanuna görə, ermənilərin 1915-ci ildə Osmanlı İmperiyasından qovulması və kütləvi qətli soyqırımıdır. Yeni qanun ictimai müzakirələrə ağır zərbədir və Fransanın söz azadlığına dair beynəlxalq öhdəliklərinə ziddir», - deyə «Amnesty International»ın Avropa və Orta Asiya üzrə direktoru Nicola Duckworth bildirib.

O qeyd edib ki, insanlar Fransada, Türkiyədə və hər yerdə bu məsələ ilə bağlı fikirlərini azad ifadə etməlidirlər:

«Avropa İnsan Haqları Məhkəməsi dönə-dönə bildirib ki, söz azadlığı təkcə təhqirdən kənar ideyalara aid deyil. O, dövləti yaxud əhalinin istənilən təbəqəsini incidən, təhqir və narahat edən məsələlərə də aiddir».
XS
SM
MD
LG