Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:56

Gülər Əhmədova: «Fransa özünə pislik edir»


Gülər Əhmədova
Gülər Əhmədova
«Azərbaycan Türkiyə ilə həmişə bir yerdədir və bir yerdə olmalıdır».

Fransada «erməni soyqırımı»nı tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanuna münasibət bildirən deputat Gülər Əhmədova belə deyib.

O hesab edir ki, bu qanun birmənalı şəkildə seçkilərdə qələbəyə hesablanıb:

«Ən böyük pisliyi, ziyanı Fransa öz imicinə vurur. Fransa dünyada demokratik haqların qorunması ilə bağlı səsini bu qərarla əhəmiyyətsiz səviyyəyə endirdi. Bu qanunun bumeranq təsiri olacaq».

Deputat deyir ki, Azərbaycan mütləq Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən çıxarılması məsələsini qoymalıdır:

«Hadisələr belə cərəyan edəcəksə, Fransanın fəaliyyətindən Xocalı soyqırımı, Azərbaycanın işğal olunmuş torpaqları və bir milyon qaçqınımızla bağlı ədalətli qərar gözləmirəm».

G.Əhmədovanın fikrincə, hazırkı məqamda kimlərsə Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışacaq:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Bu, birmənalı şəkildə ermənilərin dəyirmanına su tökməkdir. Azərbaycan Türkiyə ilə həmişə bir yerdədir və bir yerdə olmalıdır».

«YALNIZ FRANSA İTİRƏCƏK»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Türkiyənin bölgədə oynadığı hegemon rol Parisi narahat etdiyindən belə bir qərar verib.

Politoloq hesab edir ki, Fransa prezidenti Nicolas Sarkozy bu qanunu təsdiqləyəcək. Eyni zamanda, belə bir qanunun qəbulu ilə yalnız Fransa itirəcək:

«Fransa-Türkiyə münasibətləri daha da gərginləşəcək. Fransızlar ona ümid edirlər ki, bir müddət Türkiyə bu qərara kəskin reaksiya versə də, sonradan yumşalacaq. Düşünürəm ki, əksinə olacaq. Biri var soyqırımı haqqında qanun, biri də var inkar qanunu. Hesab edirəm ki, Türkiyə Fransa ilə münasibətlərini ən son həddə çatdıracaq».

İlqar Məmmədov
İlqar Məmmədov
«FRANSA HƏMSƏDRLİK HAQQINI İTİRDİ»

«ReAL» hərəkatının həmsədri İlqar Məmmədov isə düşünür ki, Azərbaycan qətiyyətli addımlar atmalıdır. O, bu vaxta qədər Azərbaycan hakimiyyətinin Fransaya qarşı qətiyyətli mövqe ortaya qoymamasından təəssüfləndiyini bildirib:

«Fransa ATƏT-in Minsk Qrupuna həmsədrlikdən çıxarılmalıdır. Şübhə yoxdur ki, Fransa Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilməz. Fransa həmsədrlik fəaliyyəti üçün artıq siyasi və mənəvi haqqını itirmiş oldu. Onun apardığı siyasətə Azərbaycanda artıq heç kəs inanmır. Təəssüf edirəm ki, Azərbaycan Xarici İşlər naziri, prezidenti indiyədək Türkiyə prezidenti Abdullah Gülün bu məsələ ilə bağlı təşəbbüsünə münasibət bildirməyiblər...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG