Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:30

BMT Holokost qurbanlarının anım gününü qeyd edir


Auschwitz düşərgəsinin əsirləri, 1945-ci il yanvarın 27-də Sovet qoşunlarının gəlişini izləyir
Auschwitz düşərgəsinin əsirləri, 1945-ci il yanvarın 27-də Sovet qoşunlarının gəlişini izləyir
Yanvarın 27-i bütün dünyada Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd olunur. 1945-ci il yanvarın 27-də Almaniya-Polşa sərhədi yaxınlığında faşist əsir düşərgəsi - Auschwitz-Birkenau Sovet qoşunları tərəfindən azad edilib. 2005-ci ildə BMT Baş Assambleyası bu tarixin anım günü kimi qeyd olunmasına qərar verib.

Holokost qurbanlarının anım günündə BMT üzvü olan dövlətlər Faşizm qurbanlarını anmaq və gələcəkdə soyırımların qarşısını almaq üçün tədris proqramları həyata keçirməklə qeyd edirlər.

2012-ci ildə anım gününün mövzusu Uşaqlar və Holokost olub. BMT Baş katibi Ban ki-Moon II Dünya müharibəsi zamanı öldürülən 1.5 milyon yəhudi və 10 minlərlə başqa millətlərdən uşağının qətlinin unudulmaması ilə bağlı çıxış edib.

1945-ci ilin yanvar ayında Sovet qoşunları Krakova yaxınlaşanda SS əsgərləri Auschwitzdəki 60 minə yaxın əsiri piyada düşərgədən başqa yerə köçürmək qərarına gəlib. Minlərlə adam köçürmə əməliyyatından əvvəl güllələnib. 15 min nəfər qışın ortasında yürüş vaxtı yolda ya donub, ya da güllənərək öldürülüb.

Yanvarın 27-də Sovet qoşunları düşərgəyə daxil olub buradakı ölməkdə olan 7 min əsiri azad ediblər. Hesablamalara görə, 1940-cı ildən bu yana Auschwitz ölüm düşərgəsinə 1.3 milyon nəfər sürgün edilib və öldürülüb.

Beynəlxalq anım günündən əlavə dünya yəhudiləri aprel ayında Holokost qurbanlarının anım gününü - Yom Hashoah qeyd edirlər. 2012-ci ildə Yom Hashoah aprelin 19-na təsadüf edir.
XS
SM
MD
LG