Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:33

«HRW» mülkiyyət hüquqları ilə bağlı hesabat hazırlayır


«Human Rights Watch» təşkilatının Orta Asiya və Avropa bölməsinin direktoru Rachel Denber
«Human Rights Watch» təşkilatının Orta Asiya və Avropa bölməsinin direktoru Rachel Denber
«Human Rights Watch» təşkilatı Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı ayrıca hesabat hazırlayır. Bunu Azadlıq Radiosunun «İşdən sonra» proqramında təşkilatın Orta Asiya və Avropa bölməsinin direktoru Rachel Denber deyib. Onun sözlərinə görə hesabat yaxın vaxtlarda cəmiyyətə açıqlanacaq:

«Biz mülkiyyət hüquqlarının pozulması ilə bağlı hesabat hazırlayırıq. Hesabat gələn ay cəmiyyətə açıqlanacaq».

Rachel Denber deyib ki, hesabat təkcə «Bayraq Meydanı» adlandırılan ərazidə aparılan tikinti işlərinə görə mülkiyyət hüququ pozulmuş insanları əhatə etməyəcək:

«Hesabatda təkcə «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən kompleksin inşasına görə mülkiyyət hüququ pozulmuş insanların deyil, bütün Bakı şəhərində aparılan rekonstruksiya işlərindən əziyyət çəkən insanların hüquq pozuntuları yer alacaq».

Rachel Denber deyib ki, o Azərbaycana bu dəfəki səfərində mülkiyyət hüququ pozulmuş insanlarla bağlı bir çox rəsmi qurumlara görüşmək üçün müraciət etsə də, görüş baş tutmayıb:

«Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşlər keçirməyə cəhd göstərdim. Hətta bildirdim ki, icra hakimiyyətinin başçısı olmasa da icra Hakimiyyətinin hər hansı bir işçisi ilə görüşməyə razıyam. Ancaq bu görüş baş tutmadı».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG