Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:42

1 dollar 3000 tümənə qədər bahalaşa bilər...


Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi
İran ABŞ dollarını sabit vəziyyətdə saxlamağa çalışır. Ancaq son vaxtlar buna heç də axıra qədər nail ola bilmir. Ötən ilin eyni dövründə İranda 1 ABŞ dolları 1100-1200 tümənə olub. 2-3 ay bundan əvvəl tümən tarazlığını itirməyə başlayıb. Tümən dollara nisbətdə həftə ərzində bir neçə dəfə enib-qalxıb. Hər enib-qalxma zamanı da tüməndə müəyyən (20-30 tümən) ucuzlaşma gedir.

Yanvarın 30-da 1 dollar 2100-2150 tümənə bərabər olub. Yanvarın 31-də isə İranın dövlət banklarında 1 dollar 1780, «qara bazar»da isə 1800 tümənə düşüb.

Yerli ekspertlər deyir ki, ABŞ dolları ilə İran tüməni arasında mübarizə gedir. İran hələlik bunun öhdəsindən qismən gəlir. İran bütün ehtiyatlardan istifadə edərək ABŞ dollarının bahalaşmasının qarşısını almağa çalışır. Dolların qısa vaxt ərzində enib-qalxması da bununla bağlıdır .Ekspertlərin fikrincə, yaxın 2-3 ay ərzində 1 ABŞ dolları 3000 tüməndən yuxarı olacaq.

Dolların dəyişməsi sərhədyanı ticarətə də təsir göstərir. Dollar bahalaşanda, Azərbaycan manatı da bahalaşır. Belə olan halda İrana mal almağa gedənlərin sayı artır.

İrana məxsus yük maşınları
İrana məxsus yük maşınları
GÜN ƏRZİNDƏ İRANA 7-8 TON SƏNAYE MALLARI DAŞINIR...

İran vizanı birtərəfli qaydada ləğv etdiyindən Azərbaycan vətəndaşları istədikləri vaxt ora gedə bilirlər. İran vətəndaşları isə Azərbaycana viza ilə, sərhədyanı ərazilərdə yaşayanlar isə sadələşdirilmiş qaydada keçə bilirlər. İrandan viza ilə Azərbaycana gələnlər əsasən iş adamlarıdır. Hər həftənin 3-cü, 4-cü, 5-ci günləri təqribən 300 İran vətəndaşı sadələşdirilmiş qaydada Azərbaycana keçir. Onlar əsasən Azərbaycanın keçid məntəqəsində qeydiyyata alınandan sonra geri qayıdırlar. Elə sərhəd körpüsünün üstündə iranlı iş adamlarına məxsus yükü götürüb İrana dönürlər. İranlı iş adamlarına məxsus yüklər əsasən Çindən gətirilən sənaye malları olur. Bu yüklər Azərbaycan tərəfində 40 kiloqram çəkidə qablaşdırılır. Gün ərzində İrana 7-8 ton sənaye malları daşınır.
XS
SM
MD
LG