Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

Pilotsuz təyyarələr haqqında hər şey


MQ-9 Reaper pilotsuz təyyarəsi
MQ-9 Reaper pilotsuz təyyarəsi
ABŞ prezidenti Barack Obama yanvarın 30-da etiraf edib ki, pilotsuz təyyarələrlə Pakistan ərazisində terrorçu yuvalarına zərbələr endirilir. Bu, ABŞ prezidentinin nadir etiraflarındandır.
Bu xəbər pilotsuz təyyarələrin nə olması, onu kimin istehsal etməsi və hazırda kimlərdə olması barədə sualları da aktuallaşdırıb. AzadlıqRadiosunun əməkdaşı Eugen Tomiuc bu suallara cavab hazırlayıb.
PİLOTSUZ TƏYYARƏ NƏDİR?
Bunlar əvvəlcədən proqramlaşdırılmış avadanlıqlar vasitəsilə kənardan idarə edilə bilən təyyarələrdir.
HARADA İSTİFADƏ EDİLİR?
Pilotsuz təyyarələrdən elmi araşdırmalarda kənardan müşahidə, sənaye monitorinqi kimi sahələrdə istifadə edilir. Amma onlardan daha geniş şəkildə hərbi əməliyyatlarda kəşfiyyat və hücum məqsədilə istifadə edilir.
HANSI ÖLKƏLƏR İSTİFADƏ EDİR, SATIR, QİYMƏTLƏRİ NEÇƏYƏDİR?
Pilotsuz təyyarələrin istehsalına xeyli ölkələr cəhd ediblər. Amma onlardan bəziləri ya buna nail ola bilməyiblər, ya da ondan yalnız mülki işlərdə istifadə etmək qərarına gəliblər.
Hərbi məqsədlərlə istifadə edilən pilotsuz təyyarələrin əsas istehsalçıları ABŞ və İsrail hesab edilir.

Xüsusilə ABŞ belə təyyarələrin əsas istehsalçısı və həm də istifadəçisi hesab edilir.
ABŞ istehsalı olan Predator markalı pilotsuz təyyarələrin qiyməti 4.5 – 11 milyon dollar arasında dəyişir. Daha geniş və müasir variantı olan Reaper təyyarələrinin qiyməti isə 30 milyon dollardır.
İsrailin istehsal etdiyi müasir Heron TP Eitan modelində olan təyyarələrin qiyməti 35 milyon dollara qədərdir
İsrailin istehsal etdiyi müasir Heron TP Eitan modelində olan təyyarələrin qiyməti 35 milyon dollara qədərdir
ABŞ ordusunda hazırda 7000 pilotsuz təyyarə var. 10 il əvvəl isə onların sayı cəmi 50 ədəd idi. Pentaqon pilotsuz təyyarələrin hazırlanması üçün 2012-ci ilin dövlət büdcəsindən 5 milyard dollar pul istəyib.
1973-cü ilin Ərəb-İsrail müharibəsi dövründə hava qüvvələrində ciddi itkilər vermiş İsrail də bundan sonra orduda pilotsuz təyyarələrdən geniş istifadə etməyə başlayıb. İsrailin istehsal etdiyi və daha müasir olan Heron TP Eitan modelində olan belə təyyarələrin qiyməti 35 milyon dollara qədərdir. Heron TP Eitan-in qanadlarının genişliyi 26 metrdir, 12 min metr yüksəkliyə qədər qalxa və davamlı olaraq 20 saat havada qala bilir.
İsrail həm də ən çox pilotsuz təyyarə satan ölkə hesab edilir. Türkiyə və Azərbaycan da bu ölkədən belə təyyarələr alır.
BAŞQA HANSI ÖLKƏLƏR PİLOTSUZ TƏYYARƏLƏR İSTEHSAL EDİR?
İran iddia edir ki, 2010-cu ildə Karra adlı pilotsuz təyyarəsini uğurla sınaqdan keçirib. Tehrandan yayılan rəsmi məlumata görə 4 metr uzunluğunda olan bu təyyarə 1000 kilometr məsafəyə qədər uça bilir.
Nüvə dövlətləri olan Pakistan və Hindistan da döyüş qabiliyyətli pilotsuz təyyarələrə sahib olduğunu bildirib. Amma onların belə təyyarələri necə istehsal edə bildikləri hələlik aydın deyil.
Rusiya və Çin kimi dünya gücü olan ölkələr də uzun müddətdir pilotsuz təyyarələr istehsalına cəhd edirlər. Amma texnoloji çətinliklər və aşağı keyfiyyətli kəşfiyyat məlumatları toplamasına görə onların istifadəsi praktiki mümkün olmur.
Pilotsuz təyyarələrə maraq göstərənlər təkcə dövlətlər deyil. İddialara görə 2006-cı ilin Livan müharibəsi zamanı Hezbollah qrupu da belə təyyarələrdən istifadə etmişdi.
Al-Qaeda terror təşkilatının da ən azı bir dəfə belə təyyarələrdən istifadə etməyə cəhd göstərib.
XS
SM
MD
LG