Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:40

Coelho özünə “quldur” dedi...


Paolo Coelho
Paolo Coelho
Populyar yazıçı Paulo Coelho özünü “pirat” adlandırıb.

Hadisə belə olub. Yazıçı öz romanlarını xeyli vaxtdır ki, “pirat” kimi internetdən yayımlayırmış.

O düşünürmüş ki, romanlarını oxuyub bəyənən oxucu onun kitabını da satın almaq istəyəcək.

Bu günlərdə isə Coelho oxucularına müraciət edib və onlara “The Promo Bay” internet səhifəsini dəstəklədiyini bildirib.

Coeho deyib: “Mənim kitablarımı həm bu internet səhifəsindən , həm də öz internet səhifəmdən oxuya bilərsiniz. Oxuyub çox bəyənsəniz, çap halını da satın alarsınız”.
Ən təəccüblüsü, bu sözlərdən sonra qoyulan imzadır. Açıqlamanı ünlü yazıçı belə imzalayıb: “Pirat Coelho”.

Coelho deyib ki, o, 1999-cu ildə "Kimyagər" romanının elektron variantını İnternetə yerləşdirib, amma elə həmin il Rusiyada kitabın 10 min kağız nüsxəsi satılıb.

Ümumilikdə, 2012-ci ilə qədər "Kimyagər"in Rusiyada satılmış kağız nüsxələrinin sayı 12 milyon təşkil edib.

Ünlü yazıçının dəstəklədiyi “The Pirate Bay” adlı sayt “The Promo Bay” adlı səhifə ilə cizgi romançılarından tutmuş rəssamlara, kinoçulardan musiqiçilərə qədər bir çox sənətçilərin internet saytlarının linklərini ön səhifəsinə çıxarır.

Xatırladaq ki, ünlü yazıçı Coelho 1947-ci ildə Braziliyada—Rio de Janeyroda doğulub.

Yaradıcılığa mahnı sözləri yazmaqla başlayıb. Hətta jurnalistlik də edib.
Ona ən böyük şöhrəti 1988-ci ildə yazdığı “Kimyagər” romanı gətirib.

Bu romana görə Qabriel Qarsia Markesdən sonra ən çox oxunan ikinci Latın Amerika yazıçısı olub.

Roman 26 dilə çevrilib, 42 ölkədə yayımlanıb.

Onun ən son romanı “Elif”dir.
XS
SM
MD
LG