Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:19

İsrail səfiri: «İranın terror aktlarında iştirakı şübhə doğurmur»


İsrail bayrağı
İsrail bayrağı
«İranın terror aktlarında, o cümlədən bu həftə Dehlidə, Banqkokda törədilmiş terror aktlarında iştirakı danılmazdır».

Bu açıqlamanı İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Michael Lotem «APA»ya verib.

Onun fikrincə, İran çox pis vəziyyətdədir: «Bu ölkənin nüvə proqramına malik olması məlum faktdır. İranın terror aktlarında iştirakı şübhə doğurmur. İranın əlaltıları olan «Həmas» və «Hizbullah» təzyiq altındadır. Tərəfdaşı Bashar al-Assad isə öz adamlarını öldürməkdə davam edir. Bu ölkəyə nə etmək qalır? Yalnız hücumları davam etdirmək».

«BİZ SAKİTİK. TERROR AKTI TÖRƏTMƏK İSTƏYƏNLƏR NARAHAT OLSUNLAR»

Səfir həmçinin Azərbaycan-İsrail münasibətlərinə də toxunub. Bu il 2 ölkə diplomatik münasibətlər qurmalarının 20 illiyini qeyd edirlər. Cənab Lotem hər iki ölkənin biznes, siyasət və mədəniyyət sahəsində uğurla əməkdaşlıq etdiyini deyib.
M.Lotem qeyd edib ki, Bakıda işləmək İsrail diplomatik missiyasının əməkdaşları üçün məmnunluq doğurur.

İsrailin Azərbaycandakı səfirliyinin təhlükəsizliyi məsələsinə gəldikdə isə, səfir deyib: «Biz tamamilə sakitik və təhlükəsizliyimizə əminik. Qoy terror aktı törətmək istəyənlər narahat olsunlar».
XS
SM
MD
LG