Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:07

İrana qarşı çıxsa, Azərbaycanı heç kəs qurtarmayacaq


Wayne Merry
Wayne Merry
Fevralın 12-də İran Azərbaycana nota verərək, Bakını nüvə alimlərinin ölümündə əli olan İsrail agentlrinə şərait yaratmaqda ittiham elədi. 2 gün sonra da Gürcüstan paytaxtı Tbilisi və Hİndistan paytaxtı New-Dehlidə İsrail səfirliyinin əməkdaşlarına terror hücumu oldu.

Vaşinqtondakı Amerika Xarici Siyasət Şurasından keçmiş diplomat Wayne Merry baş verənləri AzadlıqRadiosundan Brian Whitmore-a şərh edib.

"İRAN İSRAİLƏ ƏLİ ÇATAN YERDƏ ZƏRBƏ VURUR"

Merry deyir ki, "əllərində əsas olsa da, olmasa da, İranlılar inanırlar ki, nüvə alimlərinin ölümündə İsrailin əli var. Onların qoşuluğunda İsraillə ən yaxın münasibətləri olan ölkə Azərbaycan olduğundan, onlar İsrail agentlərinin də Azərbaycan ərazisindən İrana qarşı casus fəaliyyəti üçün istifadə edildiyini düşünürlər. Buna cavab olaraq iranlılar əlləri çatan ölkələrdə İsrailə qarşı nə isə etməyə çalışırlar. və Azərbaycan və Gürcüstanda İsrailə qarşı üstü açılan terror cəhdləri də bununla bağlı ola bilər".


"TEHRAN ERMƏNİSTANA DAHA HƏSSAS YANAŞIR"

Merrynin fikrincə, “əslində burada İran və İsrail xüsusi xidmətləri arasında açağı səviyyəli asimmetrik münaqişə gedir. Münaqişə zamanı digər ölkələrin ərazi toxunulmazlığına da elə də məhəl qoymurlar. Gürcüstandakı terror aktı da iranlılar üçün oranın çatımlı olması ilə bağlıdır. Baxmayaraq ki, İranla Gürcüstanın yaxşı münasibətləri var. Ancaq bir şey də var ki, İran Ermənistana qarşı daha həssasdır və imkanı olsa da, münasibətləri daha yaxın olduğundan orada bu cür əməliyyatlar keçirmir”.


"İRANLILAR UZUN MÜDDƏT KİN SAXLAYANDIRLAR"

Wayne Merry CƏnubi Qafqaz ölkələrinin 3-nün də ABŞ-la və QƏrblə yaxşı münasibələtləri olduğuna diqqət çəkir, ancaq bu ölkələrin heç birinin İrana qarşı mümkün hərbi hücumda öz ərazisindən istifadəyə yol verməyəcəyini düşünür.

“ Çünki bu ölkələr gələcəkdə İranın qonşuluğunda yaşamağa məhkumdurlar. Və iranlılar da çox uzun müddət kin saxlamaqları ilə məşhurdurlar”.


"İLHAM ƏLİYEV ATASINDAN NƏSƏ ÖYRƏNİBSƏ BİLMƏLİDİR Kİ...."

“Bu durumda özəlliklə Azəycan lideri İlham Əliyevin xarici siyasət məsələrində - Amerika, Rusiya, İran, Türkiyə və İsraillə münasibətlərdə diqqətli olması lazımdır. Əgər atasından bir şey öyrənibsə, bilməlidir ki, bu ölkələrdən heç birinin çətin ayaqda Azərbaycana real yardım etmək öhdəliyi yoxdur. Hətta türklərin də Azərbaycanla səmimi münasibətləri yoxdur. Azərbaycanın dünyanın çox təhlükəli bir yerində, çox tənha bir vəziyyətdədir. Ona görə də, xarici münasibətlərdə ehtiyatlı, balanslı siyasət müstəqllliyi qorumağın yeganə yoludur”.


"QAFQAZI NATO DA RİSKƏ ATMAQ İSTƏMƏZ"

Keçmiş Amerikalı doplomatın fikrincə, Qafqaz həm də ABŞ və NATO-dakı müttəfiqləri üçün Əfqanıstana görə çox vacibdir, burada enerji layihələri var. Yəni buranı kimsə riskə atmaq istəməz. Odur ki, İrana hər hansı hərbi müdaxiləni şimaldan yox, cənubdan gözləmək daha düzgün olar.

"İRANA ZƏRBƏ VURMAĞA YOL VERSƏ, AZƏRBAYCANI KİMSƏ QURTARMAZ"

İnanmıram ki, Azərbaycan hər hansı şəkildə İsrailə qəfil zərbə qüvvələrini - təyyarələrini burada yerləşdirməyə imkan versin. Birincisi, onsuz da iranlılar şimaldan təhlükəni gözləyirlər. İkincisi də, Azərbaycan tərəfindən hansısa ölkəyə İrana zərbə vurmaq imkanı vermək elə İrana müharibə élan etmək kii bir şeydir. İranlılar da Bakıdakı rejimə qarşı ciddi cavab vermək istəsə, kim gəlib Azərbaycanı xilas edəcək? üstəlik Azərbaycanın Xəzərdə çox vacib yataqları var. İranlıların heç müharibə etməyə ehtiyacları yoxdur. Sadəcə bu yataqlara dənizdən hücum eləsələr, Azərbaycan iqtisadiyyatına çox ağır zərbə vurmuş olacaqlar”.
XS
SM
MD
LG