Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:53

HRW: İnsanların evindən çıxarılması «Eurovision»a kölgə salır


Azərbaycan hökuməti «Eurovision-2012» müsabiqəsi keçiriləcək ərazidə sonuncu binaları da dağıtmaqla sakinləri məcburi yolla çıxarmağa başlayıb.

Bunu «Human Rights Watch» beynəlxalq hüquq-müdafiə təşkilatı bildirir.

Təşkilatın bəyanatında deyilir ki, Azərbaycan hökuməti Bakı şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanuniliyini araşdırmalı, sakinlərə adekvat kompensasiya ödəməlidir.

««Eurovision» müsabiqəsinə ev sahibliyi Azərbaycan hökumətinə Bakını minlərlə turist və milyonlarla tamaşaçıya nümayiş etdirmək imkanı verir», - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Willamson bildirib.

H.Willamson'un fikrincə, hərçənd yüzlərlə sakinin zorla evindən çıxarılması bu tədbirə kölgə salır.
XS
SM
MD
LG