Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:38

«İranın hərəkətlərinə layiqli cavab verilməlidir»


Müsavat partiyasının başqanı İsa Qəmbər
Müsavat partiyasının başqanı İsa Qəmbər
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycanın gündəmində baş verən hadisələrə münasibət bildirən Müsavat partiyasının başqanı İsa Qəmbər deyib. Onun sözlərinə görə hər iki qonşu ölkə sanki bilərəkdən öz aralarında gərginliyi artırırlar:
«Sanki qəsdən hər iki tərəf qarşılıqlı ittihamların dozasını artıra-artıra gedirlər. Elə son məlumatı deyək. Helikopter Azərbaycanın hava sərhəddini pozub. Astaranın üstündə uçuş yapıb. Deyilənlərə görə orada yeni tikilmiş, bir neçə gündən sonra Azərbaycanın dövlət başçısının açılışında iştirak etməli olduğu xəstəxananın üstündə dövrə vurub. Elə bil ki, açıq mesaj verirlər ki, biz kəşfiyyat aparırıq. Bu absurddur. Əvvəla mən düşünmürəm ki, münasibətlər o həddə gedib çatsın ki, hakimiyyətdəki qüvvələr bu cür mənasız addımlar barədə düşünsünlər. Amma üstəlik açıq şəkildə dövlət başçısının gələcəyi bir məkanın üzərində hava uçuşu keçirmək və guya kəşfiyyat aparmaq o qədər görünən bir şeydir ki, bu özü süni təsir bağışlayır. Elə bil ki, bu cür üsullarla gərginliyi artırmaq xətti seçilir».
İsa Qəmbər cavab verir ki, Azərbaycanı təhdid edən bir ölkəyə layiqli cavab verilməlidir. Onun fikrincə əgər diplomatik addımlar işə yaramırsa, hətta belət təhlükəsizlik məsələlərində yeri gələrsə gücdən istifadə edilməlidir:
«Vurmaq demirəm. Amma ən azı o helikopteri Azərbaycanın ərazisində yerə oturtmaq üçün Azərbaycanın yetərli gücünün olduğu təsəvvüründəyəm. O helikopter məcburi üsulla Azərbaycanda yerə endirilməli idi. Və sorğu-sual edilməli idi».
«REAL» hərəkatının həmsədri İlqar Məmmədov isə hesab edir ki, Azərbaycanın İran mövzusunda tutduğu mövqe qəbulolunmazdır. İlqar Məmmədov bunu qumar oyununa bənzədib:

«BU CÜR XARİCİ SİYASƏT QƏBUL OLUNMAZDIR»
«Hələ məlum deyil ki, ümumiyyətlə ABŞ və İsrail İrana qarşı hücuma keçəcəklər yoxsa yox? Xüsusilə məlum deyil ki, İran rejimi ən son anda İsrail və ABŞ-la münasibətlərdə güzəştə gedəcəkmi? Ona görə də Azərbaycanın indidən ortaya düşüb İranla bütün münasibətləri korlamağa yönəlik addımları bir növ siyasi qumarbazlıqdır. Bu qumarda Azərbaycanın bəxti gətirə də bilər, böyük itkilər də verə bilər. Bu cür xarici siyasət qəbul olunmazdır».
«REAL» hərəkatının həmsədri İlqar Məmmədov
«REAL» hərəkatının həmsədri İlqar Məmmədov
İlqar Məmmədov bildirib ki, bu mövzuda bütün addımlar soyuq başla atılmalıdır:
«Bu məsələlər tam aydınlaşdırılmayınca hansısa emosiyalara qapılıb belə məsələləri həll etmək olmaz. Məlum oldu ki, bu helikopter hərbi helikopter deyilmiş və sərhəddi pozmayıb. Bəzi məlumatlar insanlarda ehtirasları artırır. Ancaq bu işləri ayıq başla qurmaq lazımdır».
Siyasi rəhbərlər Azərbaycanın ev sahibliyi etmək üçün hazırlaşdığı «Eurovision» mahnı müsabiqəsinə də toxunublar. Musavat başqanı İsa Qəmbər deyib ki, bu müsabiqə üçün xarici qonaqlara ayrılan diqqət ilk növbədə Azərbaycan vətəndaşına yönəldilməlidir:
«Necə ola bilər ki, kimsə gəlib burda mahnı oxusun, bayram etsin, 2 km o tərəfdə günahsız insanlar siyasi səbəblərdən həbsdə yatsınlar? Necə ola bilər ki, Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı yoxdur, ancaq dünyanın hər bir yerindən 10 minlərlə insan gəlib burda azad bir şəkildə yürüşlər keçirəcəklər? Bu absurddur. Biz bu fürsətdən istifadə edib siyasi məhbusların, vicdan məhbuslarının azad olması üçün çalışmaq niyyətindəyik».
İlqar Məmmədov isə hesab edir ki, «Eurovison» müsabiqəsi Azərbaycanı hər mənada tanıtmaq üçün bir fürsətdir. Ancaq həmin dövrdə etiraz aksiyaları keçirmək isə Azərbaycanın xeyrinə olmayacaq:
«Siyasi olaraq bu fürsətdən bütün Azərbaycan faydalanmalıdır. Bir eybəcərlik də var. Bu eybəcərlik də Azərbaycanda insan hüquqlarının pozulmasıdır. Həbsdə siyasi məhbusların olmasıdır. Ancaq bəzi müxalifət qəzetlərində İctimai Palataya istinadən yayılan «Eurovision» dövründə insan haqllarının müdafiəsi üçün kütləvi etiraz aksiyalarının təşkil olunması fikrini tənqid edirəm. Mən düşünürəm ki, bu aksiyaların yeri deyil».
Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG