Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:57

Sahil kollektoru təmizlənir


Azerbaijan -- water pipeline construction, 2010
Azerbaijan -- water pipeline construction, 2010
Bakının kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan Sahil kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanıb. Bu barədə «Azərsu» səhmdar cəmiyyəti məlumat verir.
KOLLEKTORU NECƏ TƏMİZLƏYİRLƏR
Qurumdan bildirirlər ki, hazırda kollektorun qum və lildən təmizlənməsi işləri həyata keçirilir. Təmizləmə işləri Almaniya istehsalı olan xüsusi avadanlığın köməyi ilə insan müdaxiləsi olmadan aparılır. Kollektora yüksək təzyiqlə vurulan su çökmüş qum və lili yuyur və paralel olaraq xüsusi avadanlıq vasitəsilə sorulur. Artıq 3 qurğu vasitəsilə kollektorun 10 faizə qədər hissəsi çöküntüdən tam təmizlənib. Layihəyə uyğun olaraq Sahil kollektorunda təmizləmə işləri qarşıdakı 2 ay ərzində başa çatdırılacaq.
Bu kollektor 1983-cü ildə istismara verilib, Səbail rayonu ərazisində Əl Oyunları İdman sarayından Fəhlə prospektindəki Zığ Nasos Stansiyasına qədər uzanır. Kollektor şəhərin mərkəzi hissəsində yaranan tullantı sularını toplayaraq Zığ nasos stansiyasına ötürür, buradan da çirkab sular nasoslar vasitəsilə Hövsan Aerasiya Stansiyasına vurulur.
40-50 FAİZ SƏVİYYƏSİNDƏ İŞLƏYİRMİŞ
Ridvan Köse
Ridvan Köse
«9,6 kilometr uzunluğunda və 13 quyudan ibarət Sahil kollektoru 29 illik istismar müddətində böyük lillənməyə məruz qalıb. Kollektorun layihə gücü sutkada 204 min kubmetr olsa da, hazırda bunun 40-50 faiz səviyyəsində işləyir», Azərsudan belə deyirlər.
2009-2010-cu illərdə Bakının kanalizasiya xətlərinin təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin sahibi Ridvan Köse bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində demişdi ki, Bakı bulvarındakı qoxunun səbəbi kanal sularının yağmur suları xətləri ilə dənizə axmasıdır. «Bulvardakı yolun altı kollektordur. Bakının bütün çirkab suyu ora toplanır. İllərlə bu kollektor daşla, qumla, zibillə dolub», bunu türk iş adamı deyirdi.
“Azərsu” bildirir ki, başlanğıcını Yasamal rayonu ərazisindən götürən Dairəvi kollektorun da təmizlənməsi nəzərdə tutulur.
XS
SM
MD
LG